SON DƏQİQƏ

naxcivanxeberleri.com

Culfada ustad dərsləri keçirilib

Culfada ustad dərsləri keçirilib
21-12-2018, 17:51

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Culfa rayonunun Bənəniyar kənd Uşaq Musiqi Məktəbində müəllim və şagirdlər üçün ustad dərs təşkil edilib.

Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimləri Cəlil İsmayılov, Nərminə Qədimova, Məmməd Xəlilov və İlahə Əliyeva tar, fortepiano, kamança və skripka ixtisasları üzrə ustad dərsi keçiblər. Bu dərslərin keçirilməsində əsas məqsəd təhsilin keyfiyyətini yüksəltmək, müəllimlərin peşəkarlığını artırmaq və onlara metodik köməyi göstərməkdir. Eyni zamanda şagirdlərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə nail olmaqdır.

Ustad dərsləri başa çatdıqdan sonra müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

gulnar

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930