12:31 - Türkiyəli nazir: “TEKNOFEST”in Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir”
12:21 - Selçuk Bayraktar: “Ürəyimizdə bir zaman yara olan Qarabağ qardaşlığımızın zirvəsidir"
11:56 - İsveç Kralı Azərbaycan Prezidentini təbrik edib
11:52 - Türkmənistanın Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
11:42 - “Efes-2022” çoxmillətli təlimi davam edir - FOTO, VİDEO
11:36 - Magistraturaya növbəti qəbul imtahanı keçiriləcək
11:31 - Ukrayna Baş Qərargahı: "Rusiyanın 500-dən çox PUA-sı məhv edilib"
11:26 - Bu gün Türkiyə Təhlükəsizlik Şurası Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək
11:16 - Bakıda “TEKNOFEST Azərbaycan” festivalı başlayıb
11:14 - Ərdoğan: “Türkiyə və Gürcüstan bölgədə sülhə töhfə verməkdə davam edəcək”
11:11 - Niderland Kralı Azərbaycan Prezidentini təbrik edib
11:07 - Putin Prezident İlham Əliyevə təbrik məktubu göndərib
10:21 - Ukraynada müharibədə ölən uşaqların sayı 240-a çatıb
10:14 - Birədən kiçik robot yaradılıb
Ümummilli lider xatirəsi xarici tələbələrlə birgə yad edilib
Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Sən həmişə bizimləsən” adlı tədbir keçirilib.
Xarici tələbələrlə iş üzrə dekanlığın hazırladığı tədbirdə hazırlıq kursunun əcnəbi tələbələri iştirak ediblər. Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra xarici tələbələrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, Heydər Əliyev 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynayıb. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilərək zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin uzaqgörən və zəngin siyasi fəaliyyəti sayəsində mümkün olub. Vurğulanıb ki, Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil dövlətimizin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcək. Rektor, ulu öndərin ideyalarının Azərbaycanda, o cümlədən muxtar respublikadakı uğurlarından bəhs edərək tələbə-gəncləri ulu öndərin siyasi irsini layiqincə öyrənməyə və yaşatmağa çağırıb.
“Xarici tələbələrin Naxçıvan Dövlət Universitetində təhsili” adlı çıxışında Xarici tələbələrlə iş üzrə dekan, filologiya üzrə fəlsəfə doktoru, dosent Ceyran Quliyeva qeyd edib ki, universitetdə hazırda 486 nəfər xarici tələbə təhsil alır. Türkiyə, İran, Nigeriya, Banqladeş, Qana və Gürcüstandan olan tələbələrdən 254-nəfəri universitetin hazırlıq kursunun dinləyicisi, 220 bakalavr, 10 magistr, 2 nəfəri isə doktorantura səviyyəsinə aiddir. Ali təhsil ocağında xarici tələbələr üçün mövcud şəraiti dəyərləndirən dekan bildirib ki, tələbələr universitetdən kənarda da keçirilən tədbirlərdə fəal iştirak edib diplom və mükafatlara layiq görülürlər. Diqqətə çatdırılıb ki, muzeylərə təşkil edilən ekskursiyalarda vaxtaşırı olaraq xarici tələbələrin də iştirakı təmin olunur.
Müalicə işi ixtisası üzrə IV kurs tələbəsi Şehriban Sarıhan “Ümummilli lider Heydər Əliyev xarici tələbələrin gözü ilə” adlı çıxışında ulu öndəri türk dünyasının böyük lideri Mustafa Kamal Atatürklə eyniləşdirib. Ulu öndərin gənclər siyasətindən söhbət açan tələbə qeyd edib ki, həyata keçirilən gənclər siyasətinin başlıca məqsədi milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsidir.
Tədbir xarici tələbələrin ümummilli liderə həsr etdiyi bədii kompozisiya ilə davam edib. Tələbələrin bədii qiraəti, maraqlı musiqi nömrələri tədbiri daha yaddaqalan edib.
Səadət Əliyeva NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri