SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunda birinci kurs tələbələrinin valideynləri ilə görüş keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda birinci kurs tələbələrinin valideynləri ilə görüş keçirilib
29-09-2022, 22:32

Naxçıvan Müəllimlər İnstitutunda birinci kurs tələbələrinin valideynləri ilə görüş keçirilib. Tədbiri institutun rektoru Azad Novruzov açaraq  bildirib ki, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu təhsil siyasəti bu gün uğurla davam etdirilir. Təhsilin maddi-texniki bazasının gücləndirilməsi diqqətdə saxlanılır və ixtisaslı kadrların hazırlanmasına dövlət tərəfindən lazımi şərait yaradılır. Gənc nəslin sağlam ruhda yetişməsinin, dünya standartları ilə ayaqlaşan təhsillə təmin edilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edən rektor, zəngin dünyagörüşün, yüksək mədəniyyətə malik güclü şəxsiyyət və vətənpərvər mütəxəssislərin yetişdirilməsinin institutun əsas vəzifələri olduğunu nəzərə çatdırıb, bu məqsədlərə nail olmaq üçün Naxçıvan Müəllimlər İnstitutunun bütün gücünü və potensialını səfərbər edəcəyini bildirib.

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, görüşdə bir sıra mühüm məsələlərə toxunulub, institutda tələbələrin təhsil alması üçün yaradılan şərait və imkanlar, imtahan prosesi, valideyn-institut əlaqələrinin vacibliyi kimi məsələlər müzakirə olunub. Azad Novruzov valideynləri institutun həyatında hərtərəfli iştiraka dəvət edib, təhsil illərində tələbələrin bilik və bacarıqlarının, dünyagörüşlərinin artırılması, əsl vətənpərvər, savadlı, yüksək intellektual potensiala malik, dövlətimizə və cəmiyyətimizə yararlı şəxsiyyət və kadr olaraq yetişmələrinin vacibliyini vurğulayıb.
Tədbirin sonunda valideynlər bu kimi tədbirlərin tədrisin keyfiyyətinin daha da yaxşılaşdırılmasında institut-valideyn əlaqələrinin rolunun artırılmasına mühüm töhfə olduğunu, onların üzərinə düşən vəzifələri maksimum səviyyədə yerinə yetirəcəklərini, övladlarının yaxşı təhsil almaları üçün institutda yaradılan şəraitdən məmnunluqlarını bildiriblər.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031