SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən badminton klubunun təqdimat mərasimi keçirilib-FOTO

Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən badminton klubunun təqdimat mərasimi keçirilib-FOTO
28-09-2022, 16:55

Ali təhsil müəssisəsində keçirilən görüşdə universitetin rektoru Elbrus İsayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na əsasən muxtar respublikada idmanın inkişafı sahəsində aparılan ardıcıl tədbirlərin böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində böyük rol oynadığını diqqətə çatdırıb. NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Rektor universitet nəzdində yaradılan badminton klubunu bunun bariz göstəricisi, gənclərin bu sahədə inkişafına göstərilən dövlət qayğısının bir nümunəsi kimi qiymətləndirib. Qeyd edilib ki, ali təhsil ocağında klubun yaradılmasında məqsəd badminton idman növünün təbliği, peşəkar idmançıların hazırlanması və tələbələrin bu sahəyə olan həvəsini artırmaqdır. Universitetin Pedaqoji fakültəsinin nəzdində 2000-ci ildə yaradılan İdman muzeyindən, ali təhsil ocağında idmanın 16 növü üzrə keçirilən məşğələlərdən ətraflı məlumat verən Elbrus İsayev ali təhsil ocağının məşqçilərinin və tələbələrinin muxtar respublikanı həm respublika, həm də beynəlxalq turnirlərdə təmsil etdiklərini vurğulayıb.  Bildirilib ki, badminton seçmə fənn kimi universitetin Pedaqoji fakültəsinin Məşqçilik ixtisasında tədris olunur, həmçinin dərs prosesindən sonra məşğələlər təşkil edilir. Rektor badminton klubunun muxtar respublikanı müvəffəqiyyətlə  təmsil edəcək gənclərin yetişməsində uğurlu olacağına əminlik ifadə edib.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Ramil Hacı çıxış edərək ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər və idman siyasətindən danışıb. Qeyd edilib ki, bu sahədə aparılan məqsədyönlü siyasət nəticəsində ölkəmiz bir sıra idman yeniliklərinə imza atıb, Azərbaycanda böyük idman infrastrukturu yaradılıb, respublikamız dünyada idman ölkəsi kimi tanınmağa başlayıb. Vurğulanıb ki, müasir dövrdə muxtar respublikada idmanın inkişafı üçün də dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilir. İdman sahəsində edilən yeniliklər, qazanılan uğurlardan söz açan nazir muxtar respublikada 12 idman federasiyasının mövcudluğunu diqqətə çatdırıb.

Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov federasiyanın 1962-ci ildə Bakı şəhərində yaradıldığını, 1996-cı ildə isə yenidən təsis edildiyini qeyd edib. Bildirilib ki, Azərbaycan Badminton Federasiyası 1998-ci ildən Beynəlxalq Badminton Federasiyasının və Avropa Badminton Federasiyasının üzvüdür. Diqqətə çatdırıb ki, Naxçıvan Dövlət Universitetində badminton klubunun yaradılması badminton idman növünün kütləviliyinə nail olmaq məqsədi daşıyır. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında badminton ənənəsi artıq 30 ildir ki, mövcuddur və yeni yaradılan klub bu idman növünün daha sistemli inkişafına zəmin yaradacaq.

Sonra 27 iyun – 4 iyul tarixlərində İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən badminton üzrə “Level-1” məşqçilik kurslarını bitirən fiziki tərbiyə müəllimlərinə və tələbələrə sertifikatlar təqdim olunub.

Sonda ali təhsil müəssisəsinin  idman zalı ilə tanışlıq zamanı universitetin rektoru Elbrus İsayev, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Ramil Hacı və Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun nümayiş etdirdiyi badminton oyunu yaddaqalan olub.

 

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031