SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda 21 tələbə təhsil haqqından azad olunub

Naxçıvanda 21 tələbə təhsil haqqından azad olunub
21-12-2018, 17:21

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Gənclər Mərkəzində təhsil xərclərinin qarşılanması üçün müsabiqə şərtlərini ödəyərək qalib olan tələbələrlə görüş keçirilib.

Tədbirdə vurğulanıb ki, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən təhsil haqqını ödəməkdə çətinlik çəkən istedadlı tələbələrin təhsil xərclərinin müsabiqə əsasında qarşılanması üçün elan olunan ərizə qəbulu başa çatıb. Muxtar respublika üzrə müraciət edən 140 tələbədən 21-i müsabiqə şərtlərinə uyğun hesab edilib. Həmin gənclərin təhsil haqları Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən ödəniləcək. Tələbələrdən 18-i Naxçıvan Dövlət Univerisitetinin, 2-si “Naxçıvan” Universitetinin, 1-i isə Naxçıvan Müəllimlər İnstitutunun tələbəsidir.

Sonra tələbələr Azərbaycan Respublikasının Gənclər Fondu ilə qarşılıqlı məhsuliyyətləri əks etdirən müqavilələri imzalayıblar.

gulnar

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930