SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində fərdi sərgi təşkil olunub

Naxçıvan Dövlət Universitetində  fərdi sərgi təşkil olunub
30-05-2019, 10:50

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsində Təsviri İncəsənət ixtisasının IV kurs tələbələri Nurtac Zamanova və Türkan Quliyevanın “Rəngli ziya” adlı fərdi sərgisi təşkil olunub.

Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq tələbələrin fərdi sərgilərinin təşkil olunmasının gələcək peşə fəaliyyətində əhəmiyyətli olacağını bildirib və gələcəyin rəssamlarına uğurlar arzulayıb.

İncəsənət fakültəsinin dekanı, sənətkarlıq üzrə fəlsəfə doktoru, dosent Günay Məmmədova, Təsviri İncəsənət kafedrasının müdiri, Naxçıvan Muxtar Respublikasının Xalq rəssamı Həbibə Allahverdiyeva və Təsviri incəsənət kafedrasının professoru, Azərbaycan Respublikasının Xalq rəssamı Hüseynqulu Əliyev tələbələrin 4 illik tələbəlik dövründəki fəaliyyətlərindən və qazandıqları uğurlardan danışıblar. Bildirilib ki, sərgidə müxtəlif janrlarda hər tələbəyə 30 əsər olmaqla, ümumilikdə 60 rəsm əsəri nümayiş olunub.
Gənc rəssamlar göstərilən dövlət qayğısına görə minnətdar olduqlarını bildiriblər.
Sonda hər iki tələbəyə diplom təqdim olunub.


Naxçıvan Dövlət Universitetində  fərdi sərgi təşkil olunub
Naxçıvan Dövlət Universitetində  fərdi sərgi təşkil olunub

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031