SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda xarici tələbələr üçün təhsil qrantı proqramlarının namizəd seçimi başa çatıb

Azərbaycanda xarici tələbələr üçün təhsil qrantı proqramlarının namizəd seçimi başa çatıb
21-09-2022, 19:58

Xarici tələbələrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrində dövlət hesabına təhsil imkanı təqdim edən təhsil qrantı proqramlarının 2022-2023-cü tədris ili üzrə namizəd seçimi prosesi başa çatıb.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Xarici İşlər və Elm və Təhsil nazirliklərindən daxil olan birgə məlumatda bildirilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2017-ci il tarixli, 3457 nömrəli Sərəncamı ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin vətəndaşları, eləcə də Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2018-ci il tarixli, 3567 nömrəli Sərəncamı ilə Qoşulmama Hərəkatına (QH) üzv dövlətlərin vətəndaşları üçün 5 il ərzində Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil qrantı proqramları təsis edilib. Sözügedən proqramın şərtlərinə əsasən illik əsasda hər istiqamət (İƏT və QH) üzrə 20 əcnəbi tələbəyə (beləliklə, hər iki proqram üzrə ümumilikdə 40 nəfər) təhsil qrantının ayrılması nəzərdə tutulur.

Xarici İşlər Nazirliyi tərəfindən seçimi həyata keçirilmiş və yekun olaraq Elm və Təhsil Nazirliyi (ETN) ilə birlikdə təsdiq olunmuş siyahı üzrə ETN proqram iştirakçılarının təhsil alacaqları Azərbaycan Respublikasının ali təhsil müəssisələrini müəyyən edib. Təhsil qrantı dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, aylıq təqaüd, tibbi yardım və beynəlxalq nəqliyyat xərclərini əhatə edir.

Seçim prosesinin yekunlarına əsasən 2022-2023-cü tədris ili üzrə təhsil qrantına İƏT üzrə 18 ölkədən (Banqladeş, Əlcəzair, Fələstin, Fil Dişi Sahili, İndoneziya, İran, Qəmər adaları, Küveyt, Misir, Nigeriya, Özbəkistan, Pakistan, Qambiya, Qazaxıstan, Somali, Sudan, Tacikistan və Yəmən) 20 tələbə, eləcə də QH üzrə də 18 ölkədən (Anqola, Antiqua və Barbuda, Belarus, Butan, Efiopiya, Ekvador, Hindistan, Honduras, İran, Kolumbiya, Liberiya, Malavi, Mavriki, Nepal, Nikaraqua, Tayland, Uqanda və Zambiya) 20 tələbə layiq görülüb. Seçilmiş tələbələr əsasən Azərbaycan Tibb Universiteti, ADA Universiteti, Xəzər Universiteti olmaqla Azərbaycanın 11 ali təhsil müəssisəsində təhsil alacaqlar.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930