SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsində Britaniya şurasının təmsilçisi tərəfindən təlim keçirilib

Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsində Britaniya şurasının təmsilçisi tərəfindən təlim keçirilib
21-09-2022, 18:01

Ali təhsil ocağı ilə Britaniya şurası arasında əməkdaşlıq çərçivəsində IELTS imtahanlarının keçirilməsi ilə bağlı 2 gün müddətində təlim keçirilib.

Universitetin rektoru Elbrus İsayev keçirilən təlimin müəllim heyəti üçün önəmini vurğulayaraq bu cür təlimlərin gələcəkdə tələbələr üçün də faydalı olacağını qeyd edib. Diqqətə çatdırılıb ki, tələbələrin  xarici dil biliklərini inkişaf etdirmək üçün  müəllim dəstəyinin və texnoloji avadanlıqların lazımi səviyyədə olması xüsusi önəm kəsb edir. NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, tələbələrin IELTS imtahanlarında yüksək nəticə göstərdiklərini vurğulayan  rektor bu uğurların qazanılmasında universitetin Xarici dillər fakültəsinin müəllim heyətinin böyük rolu olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, hal-hazırda “Xarici dillər” fakültəsində 6 xarici dil üzrə ixtisaslar tədris olunur.  Rektor onu da diqqətə çatdırıb ki, ali təhsil ocağının fakültəsində “İngilis dili və tərcümə”  və “İngilis dili və metodika” kafedralarında bu sahə üzrə kadr hazırlığı diqqətdə saxlanılır. Rektor IELTS təhsil sistemində böyük nailiyyətlər və uğurlar qazanmaq üçün belə təlimlərin davamlı olmasının və dərslərdə həyata keçirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, universitetin qlobal rəqabətliliyini artıran IELTS qeydiyyat və imtahan mərkəzi artıq  universitetdə ingilisdilli təhsilin inkişafına öz töhvələrini verir. Elbrus İsayev vurğulayıb ki, ötən tədris ili müddətində 150-dən artıq müəllim və tələbənin IELTS sertifikatı ilə təmin olunması bunun bariz nümunəsidir.

Britaniya şurasının təmsilçisi tərəfindən keçirilən təlimdə müəllimlər ingilis dili metodologiyası, IELTS imtahanına hazırlıq, tələbələrin IELTS imtahanında yüksək nəticələr göstərməsi üçün dörd bacarıq üzrə vacib məqamların müzakirəsi və IELTS imtahanı haqqında ümumi biliklər əldə ediblər. Qeyd edək ki, təlimdə ümumilikdə 32 müəllim iştirak edib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Məlumat üçün onu da bildirək ki, sentyabrın 20-si Naxçıvan Dövlət Universitetində Britaniya şurası tərəfindən 3-cü rəsmi IELTS imtahanı keçirilib.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930