SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi ilə Naxçıvan Dövlət Universiteti arasında birgə əməkdaşlığın əsası qoyulub-FOTO

Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi ilə Naxçıvan Dövlət Universiteti arasında birgə əməkdaşlığın əsası qoyulub-FOTO
21-09-2022, 17:00

Azərbaycan Respublikası Prokurorluğu orqanları ilə Naxçıvan Dövlət Universiteti arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məqsədilə Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov və rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olublar.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, İkitərəfli görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev qonaqları salamlayıb. Rektor universitetin yaranma tarixinə nəzər salaraq qeyd edib ki, bu il universitetimiz 55 illik yubileyini qeyd edir. Rektor hər fakültənin ayrıca binada fəaliyyət göstərdiyini vurğulayaraq universitetdə mövcud müasir tədris üsulları haqda məlumat verib. Diqqətə çatdırılıb ki, dünyanın 130-dan artıq universiteti ilə beynəlxalq əməkdaşlığa malik olan ali təhsil ocağında 12 ölkədən 2200 əcnəbi tələbə təhsil alır. Rektor müvafiq ixtisasların hamiliyə verilməsinə dair Sərəncamları diqqətə çatdıraraq Hüquqşünaslıq ixtisası üzrə də tələbələrin aidiyyatı dövlət qurumlarında təcrübə keçdiklərini qeyd edib.

 Elbrus İsayev həmçinin vurğulayıb ki, universitetdə 1996-cı ildən Hüquqşünaslıq ixtisası üzrə kadr hazırlığı həyata keçirilir. Bildirilib ki, muxtar respublikada hüquq-mühafizə orqanlarında çalışanların əksəriyyəti universitetin bu ixtisas üzrə bitirən məzunlarıdır. İndiyədək bu ixtisas üzrə 3127 tələbənin məzun olduğunu qeyd edən rektor diqqətə çatdırıb ki, hal-hazırda universitetdə Hüquqşünaslıq ixtisası üzrə əyani, qiyabi, əlavə ali təhsil olmaqla 502 tələbə təhsil alır. Magistratura səviyyəsində isə 4 ixtisaslaşma üzrə magistrant hazırlığı aparılır.

Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov bildirib ki, rəhbərlik etdiyi mərkəz Azərbaycan Respublikası Baş Prokurorluğunun müstəqil struktur qurumudur. Mərkəzin əsas vəzifə və funksiyalarından danışan Mübariz Əhmədov mərkəzin tabeliyində Elektron kitabxana fondunun gələcəkdə universitetin Elektron kitabxanası ilə inteqrasiyası barədə rəy və təkliflərini irəli sürüb.

Görüşün nəticələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Müqavilədə universitetdə Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin, doktorantların, müəllimlərin Baş Prokurorluğun struktur bölmələrində təcrübə keçməsi, ali təhsil ocağı tərəfindən metodik materiallar və elmi əsərlərə Baş Prokurorluğun müvafiq işçiləri tərəfindən, habelə Baş Prokurorluq tərəfindən hazırlanmış vəsaitlərə universitetin elmi heyəti tərəfindən rəylərin, tövsiyyələrin verilməsi,   birgə elmi konfransların, dəyirmi masaların və görüşlərin keçirilməsi, elmi məqalələrin, vəsaitlərin və mətbu nəşrlərin hazırlanması, hüquq tətbiqi fəaliyyətdə daha çox rast gəlinən problemlərin həlli məqsədilə birgə elmi-praktiki araşdırmaların aparılması və sair məsələlər öz əksini tapıb.

Həmçinin, əməkdaşlıq müqaviləsində universitetin professor-müəllim heyətinin Baş Prokurorluğun Elm-Tədris Mərkəzində prokurorluq orqanlarına yeni qəbul olunan və fəaliyyətdə olan işçilərin ixtisasartırma prosesinə cəlb edilməsi, tərəflərin müvafiq əməkdaşlarının nəzəri biliklərinin və peşə hazırlığının artırılması məqsədilə birgə təlim kurslarının, seminar-treninqlərin və mühazirələrin təşkili, universitetin tələbələrinin könüllülər qismində Baş Prokurorluğun struktur bölmələrində işə cəlb edilməsi məsələləri də qeyd olunub.

Müqavilədən sonra qonaqlar gətirdikləri kitabları universitetin rektoruna təqdim ediblər. Elbrus İsayev də öz növbəsində qonaqlara xatirə hədiyyəsi verdikdən sonra onlar birgə  ali təhsil ocağının Beynəlxalq münasibətlər və hüquq fakültəsində, “Kriminalistika” laboratoriyasında olub, auditoriyada dərs prosesini izləyiblər.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930