SON DƏQİQƏ

naxcivanxeberleri.com

AMEA-nın Naxçıvan Bölməsində Azərbaycan Xalq Cümhuriyyəti: Şərqdə ilk parlamentli respublika mövzusunda elmi konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsində Azərbaycan Xalq Cümhuriyyəti: Şərqdə ilk parlamentli respublika mövzusunda elmi konfrans keçirilib
27-05-2019, 16:58

AMEA Naxçıvan Bölməsində “Azərbaycan Xalq Cümhuriyyəti: Şərqdə ilk parlamentli respublika” mövzusunda elmi konfrans keçirilib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan xalqının gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə yaratdığı Azərbaycan Xalq Cümhuriyyətinin çoxəsirlik dövlətçilik tariximizdəki yeri və rolundan danışıb. Qeyd olunub ki, 1918-ci ilin may ayının 28-də öz müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq qısa fəaliyyəti dövründə bir çox çətinliklərə baxmayaraq tarixdə mühüm işlər həyata keçirib. Böyük çətinliklərlə, problemlərlə, müqavimətlərlə, manelərlə rastlaşan Azərbaycan Xalq Cümhuriyyəti xarici qüvvələrin təsirilə müvvəqəti olaraq süquta uğrasada lakin XX əsrdə Azərbaycan xalqı ikinci dəfə öz müstəqilliyini elan etdi.
İsmayıl Hacıyev ümummilli lider Heydər Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinin keçirilməsi haqqında” və “Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında” Sərəncamlarının önəmindən bəhs edib. Qeyd edib ki, ümummilli lider Heydər Əliyev hər zaman xalqımızın dövlətçilik tarixində parlaq rol oynayan Azərbaycan Xalq Cümhuriyyətinin, Cümhuriyyət xadimlərinin fəaliyyətinə obyektiv və yüksək qiymət verib.
Akademik ulu öndərin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” ilə bağlı imzaladığı sərəncamların əhəmiyyətindən də bəhs edib. Vurğulayıb ki, milli-tarixi yaddaşımızın bərpa edilməsi istiqamətində Azərbaycanı dünyada müstəqil, demokratik, hüquqi dövlət kimi tanıdan və müstəqilliyimizi əbədiləşdirən dahi lider Heydər Əliyev tərəfindən əsası qoyulan, hal-hazırda da ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində müstəqil Azərbaycan dövləti bu gün beynəlxalq aləmdə həm daxili, həm də xarici siyasətdə uğur qazanıb.
Konfransda Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdirləri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Müstəqillik ərəfəsində Azərbaycanda siyasi vəziyyət”, tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyev “Müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisidir”, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov “Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlət quruculuğu sahəsində fəaliyyəti”, institutun kiçik elmi işçiləri Səbuhi Həsənov “Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin fəaliyyəti” və Nilufər Ağayeva “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” mövzusunda məruzələrlə çıxış ediblər.


AMEA-nın Naxçıvan Bölməsində Azərbaycan Xalq Cümhuriyyəti: Şərqdə ilk parlamentli respublika mövzusunda elmi konfrans keçirilib
AMEA-nın Naxçıvan Bölməsində Azərbaycan Xalq Cümhuriyyəti: Şərqdə ilk parlamentli respublika mövzusunda elmi konfrans keçirilib

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031