SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ali məktəblərə qəbul üçün plan yeri artırılıb

Ali məktəblərə qəbul üçün plan yeri artırılıb
16-08-2022, 11:17

"Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün 51 881 plan yeri ayrılıb".

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlaması ilə əlaqədar mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu il tam orta təhsil bazasından məzun olanların sayı 92699 nəfərdir: "Ötən il bu rəqəm 83029 idi. Yəni bu il 9670 nəfər daha çox məzun var. Ötən il plan yeri 49 998 idi. Müqayisə etsək bu il 2546 yer daha çoxdur. Plan yerlərinin 23627-si dövlət sifarişlidir. Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə bu il 746 yer daha çoxdur".

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930