SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qəbul imtahanında I ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərərək muxtar respublika birincisi olan şagirdlə görüş keçirilib

Qəbul imtahanında I ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərərək muxtar respublika birincisi olan şagirdlə görüş keçirilib
6-08-2022, 15:32

Şərur şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Nərmin Vəliyeva qəbul imtahanında I ixtisas qrupu üzrə 400 bal toplayaraq muxtar respublika birincisi olub. Bu münasibətlə Nərmin Vəliyeva ilə təhsil aldığı məktəbdə görüş keçirilib. Görüşdə məktəbin pedaqoji kollektivi ilə yanaşı, Nərmin Vəliyevanın valideynləri də iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, Şərur rayonunda 54 ümumtəhsil məktəbindən 51-də müasir tədris şəraiti yaradılıb, hazırda Vərməziyar, Alışar və Həmzəli kəndlərindəki məktəb binalarında tikinti işləri davam etdirilir. Bildirilib ki, rayonun ümumtəhsil məktəblərində yaradılan müasir tədris şəraiti artıq öz nəticələrini verir, rayonda tədrisin səviyyəsi ildən-ilə yüksəlir. Diqqətə çatdırılıb ki, Nərmin Vəliyevanın təhsil aldığı 2 nömrəli tam orta məktəb də 2017-ci ildə istifadəyə verilib. Dördmərtəbəli və 1020 şagird yerlik məktəbdə müasir tədris şəraiti yaradılıb. 5-i elektron lövhəli olmaqla, 50 sinif otağı, 2 müəllimlər otağı, 2 şahmat otağı, tibb otağı, bufet, idman zalı, açıq idman qurğuları və minifutbol meydançası şagirdlərin istifadəsinə verilib, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə yeni avadanlıqlar və əyani tədris vasitələrilə təchiz edilib. Məktəbin zəngin kitabxanasında 20 minə yaxın müxtəlif ədəbiyyat toplanıb. Məktəbin müəllimlərindən 1-i Azərbaycan Respublikasının, 4-ü isə Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adına layiq görülüb.
Təhsil naziri bildirib ki, məktəbdə yaradılan yüksək tədris şəraiti, tədrisin düzgün qurulması, ciddi nizam-intizam və tələbkarlıq şagirdlərin yüksək nailiyyətlər əldə etməsinə şərait yaradıb. Son 5 ildə məktəbin ali və orta ixtisas məktəblərinə qəbul səviyyəsi 80 faizə yaxın olub. 2021-2022-ci tədris ilində də məktəbin məzunlarından, 11-i 500-700 intervalında bal toplayıb. Onlardan 2-si “Qızıl”, 1-i “Gümüş” nişanı, 5-i isə fərqlənmə attestatı alıb.
Qeyd olunub ki, məktəbin məzunu Nərmin Vəliyeva da qəbul imtahanlarında I ixtisas qrupu üzrə 400 bal toplayaraq Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdləri arasında ən yüksək nəticəni göstərərək muxtar respublika birincisi olub. Bildirilib ki, Nərmin Vəliyeva buraxılış imtahanlarında da ən yüksək nəticə göstərərək ana dili fənnindən 100, riyaziyyat fənnindən 97, xarici dil fənnindən isə 95 olmaqla, 292 bal toplayaraq,ümumilikdə, 692 balla muxtar respublika birincisi olub. 
Təhsil naziri Nərmin Vəliyevanı yüksək nəticə göstərməsi münasibətilə təbrik edib, məktəbdə tədrisin yüksək səviyyədə təşkilinə görə kollektivə təşəkkürünü bildirib.
Tədbirdə Şərur Rayon Təhsil Şöbəsinin müdiri Malik İsmayılov, məktəbin direktoru Sevil Hacıyeva, Əməkdar müəllim Əminə Əsgərova, müəllimlərdən Şəhla Vəliyeva yaradılan müasir tədris şəraiti və onların əməyinə verilən yüksək qiymətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq ediblər.
Nərmin Vəliyeva da ona göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq edib, bundan sonrakı təhsil həyatında yüksək nailiyyətlər əldə edəcəyinə söz verib.
Qəbul imtahanlarında yüksək nəticə əldə etdiyinə görə Nərmin Vəliyevaya Təhsil Nazirliyinin diplomu və pul mükafatı, tədrisin düzgün təşkili və şagirdlərin yüksək nailiyyətlər əldə etməsinə görə məktəbə Təhsil Nazirliyinin təşəkkürnaməsi təqdim olunub. 

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930