SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yozgat Bozok Universitetinin rektoru, professor Ahmet Karadağ Azərbaycan Dövlət Aqrar Universitetini (ADAU) ziyarət ediblər-FOTO

Yozgat Bozok Universitetinin rektoru, professor Ahmet Karadağ Azərbaycan Dövlət Aqrar Universitetini (ADAU) ziyarət ediblər-FOTO
4-08-2022, 10:02

Qonaqlar görüşən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü professor İbrahim Cəfərov universitetin xarici əlaqələri, ikili diplom proqramları və maddi-texniki bazası haqqında ətraflı məlumat verib. İ.Cəfərov həmçinin, 44 günlük Vətən müharibəsi zamanı göstərdikləri mənəvi dəstək üçün Türkiyə xalqına dərin minnətdarlığını bildirib.
Mərkəzin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, sonra ADAU-nun tanıtım çarxı nümayiş olunub.

Yozgat Bozok Universitetinin rektoru, professor Ahmet Karadağ öz növbəsində təmsil etdiyi qurum haqqında geniş məlumat verib. O, toxumçuluq sahəsində birgə layihələrin reallaşdırılması, professor-müəllim heyəti və doktorantlar üçün qarşılıqlı akademik səfərlərin, tələbə mübadiləsinin həyata keçirilməsinin önəminə toxunub.

Sonda hər iki universitetin rektorları universitetlər arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalayıblar. Qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

Görüşdən sonra qonaqlar Universitetin Biotexnologiya mərkəzi ilə tanış olub. Məlumat verilib ki, Azərbaycan Dövlət Aqrar Universitetinin nəznində yaradılmış yeni Biotexnologiya mərkəzində bitkilərin müxtəlif stress amillərinə, xəstəliklərəqarşı davamlılığının müəyyən edilməsi məqsədilə bu istiqamətlərdə molekulyar analizlər həyata keçirilir.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031