SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunda konfrans keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda konfrans keçirilib
24-05-2019, 16:07

Konfransda Naxçıvan şəhər tam orta məktəblərin və məktəbəqədər təhsil müəssisələrinin direktorları, metodistlər, pedaqoq və psixoloqlar, müxtəlif ixtisaslar üzrə pedaqoji təcrübədən qayıtmış tələbələr iştirak etmişdir.

Konfransı giriş sözü ilə açan institutun rektoru Elbrus İsayev Azərbaycan Respublikasının “Təhsil haqqında Qanunu” na əsasən insan kapitalına önəm verildiyi ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsi, onun məzmununun yenilənməsi barədə danışaraq bu mühüm dövlət sənədinin təhsil pillələri qarşısında qoyduğu vəzifələri konfrans iştirakçılarının nəzərinə çatdırdı. Natiq müasir standartlara uyğun biliklərə və dünyagörüşünə, yüksək intellektual səviyyəyə və praktik iş qabiliyyətinə malik, yeni texnologiyalardan istifadə etməyi bacaran gənc kadrların cəmiyyətdəki roluna xüsusi toxunmuşdur.
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə İnstitutun pedaqoji təcrübə rəhbəri Təranə Əliyevanın çıxışında pedaqoji təcrübənin səmərəliliyi haqqında görülən məqsədyönlü tədbirlər, məktəblərdə təcrübəçilər tərəfindən hazırlanmış tərbiyəvi tədbirlər, keçirilmiş açıq dərslər və onların müzakirəsi əhatəli şəkildə şərh olunmuşdur.
Pedaqoji fakültənin dekanı dos. Arif Ağalarovun, Təbiət və incəsənət fakültəsinin dekanı dos. Rövşən Vəliyevin hesabatlarında pedaqoji təcrübənin gedişinə müsbət təsir göstərən məktəbdaxili nəzarətin düzgün təşkili, təcrübəçi tələbələrin normal çalışmaları və müşahidə aparmaları üçün məktəb rəhbərlikləri tərəfindən yaradılmış əlverişli şərait, qabaqcıl metodist müəllimlərin tələbələrə köməkliyi öz əksini tapmışdır. Konfransda iştirak edən məktəb direktorları və bağça müdirələri rəhbərlik etdikləri təhsil ocaqlarında təcrübənin təşkili və tələbələrin fəallığından danışdıqdan sonra təcrübə dövründə müəllimlərin dərslərində fəal iştirak edən, öz dərslərini müasir tələblər səviyyəsində qurmağı bacaran tələbələri diplom və təşəkkürnamələrlə təltif etmişlər.
Konfransın sonunda Pedaqoji təcrübənin yekunlarına dair metodik sərgiyə baxış olmuşdur.



Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930