SON DƏQİQƏ

naxcivanxeberleri.com

Təhsil Nazirliyi “Azərkosmos” ilə birgə “CanSat Azərbaycan 2019” müsabiqəsini elan edir

Təhsil Nazirliyi “Azərkosmos” ilə birgə “CanSat Azərbaycan 2019” müsabiqəsini elan edir
20-12-2018, 20:47

Azərbaycan Respublikasının Təhsil Nazirliyi “Azərkosmos” ASC ilə birgə “CanSat Azərbaycan 2019” milli tələbə model peyk müsabiqəsini açıq elan edir.

“Azərkosmos” ASC-dən bildirilib ki, 2018-ci ildə olduğu kimi növbəti dəfə keçiriləcək “CanSat Azərbaycan” müsabiqəsi ali təhsil müəssisələrinin tələbələri arasında kosmik sahəyə marağın artırılması və bu sahədə fundamental bilik və bacarıqlar formalaşdıraraq yerli kadrların yetişdirilməsi məqsədilə təşkil edilir. Bununla yanaşı, milli tələbə peyki müsabiqəsinin keçirilməsi tələbələrin radiotexnika, mexanika, elektronika sahələri üzrə baza biliklərinin inkişafına, onlara kosmik sənayeyə asan çıxış imkanının verilməsinə xidmət edir.

Müsabiqədə elektronika, mexanika, proqramlaşdırma və kommunikasiya üzrə bilik və bacarıqlara malik olan, bakalavr və ya magistr pilləsində təhsil alan tələbələr iştirak edə bilərlər. Müsabiqədə qeydiyyatdan keçən komandalar bir nəfər tələbənin komanda kapitanı seçilməsi şərti ilə minimum 3, maksimum isə 6 nəfərdən ibarət ola bilər. Komanda üzvləri eyni təhsil müəssəsində təhsil almalıdır.

Müsabiqədə iştirak etmək istəyən tələbələr http://cansat.az/registration keçiddən qeydiyyatdan keçə bilərlər. Müraciət üçün son tarix 2018-ci il dekabrın 28-dəkdir.

Müsabiqəyə qatılan tələbələr unikal təcrübə və dəyərli hədiyyələr qazanmaq imkanı əldə edəcək. Həmçinin, müsabiqədə uğurla çıxış edənlər “Azərkosmos” ASC-də təşkil olunan təcrübə proqramında iştirak etmək imkanı qazanacaq. Qaliblərə beynəlxalq “CanSat” müsabiqəsində iştirak edəcəkləri təqdirdə “Azərkosmos” tərəfindən texniki dəstək də göstəriləcək.

Müsabiqə haqqında daha ətraflı məlumatı http://cansat.az/ saytından əldə etmək mümkündür.

Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil alıb və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45 dərəcə şərq uzunluğu orbital mövqeyinə çıxarıb. Daha ətraflı məlumatı www.azercosmos.com internet səhifəsindən almaq olar.

Səriyyə Alməmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930