SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində “İbtidai bitkilərin sistematikası” adlı kitabın təqdimatı keçirilib

Naxçıvan Dövlət Universitetində “İbtidai bitkilərin sistematikası” adlı kitabın təqdimatı keçirilib
24-05-2019, 10:31

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında biologiya üzrə elmlər doktoru Daşqın Qənbərov, biologiya üzrə fəlsəfə doktorları Seyfəli Qəhrəmənov, Aynur Bayramova, Enzalə Novruzovanın həmmüəllif olduqları “İbtidai bitkilərin sistematikası” adlı kitabın təqdimatı keçirilib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə təqdimatı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov nəşrdə uzun illər aparılan tədqiqatların, araşdırmaların nəticələrinin öz əksini tapdığını deyib. Diqqətə çatdırılıb ki, Azərbaycan dilində konkret bir dərsliyin olmaması tələbələr üçün çətinlik yaratsa da, artıq bu kitab sayəsində problemlər aradan qalxacaq. Rektor qeyd edib ki, kitabdan ali və orta məktəb müəllim və tələbələri, eyni zamanda sistematika ilə məşğul olan tədqiqatçılar da yararlana bilər.
Botanika kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Hilal Qasımov bildirib ki, kitab Giriş, 2 bölmə, 10 fəsil, 313 səhifədən ibarətdir. Vurğulanıb ki, dərslikdə ibtidai bitkilərin sistematik tərkibi, yayılma zonası, bioloji xüsusiyyətləri və əhəmiyyəti haqqında məlumat verilib, illüstrativ şəkillərlə növlər göstərilib.
Botanika kafedrasının baş müəllimi, biologiya üzrə fəlsəfə doktoru Fəridə Səfərova kitab haqda ümumi məlumat verərək bildirib ki, yosunların və şibyələrin növ tərkibi, yayılması, müxtəlif dövrlərdə vegetasiyasının intensivliyinin öyrənilməsi əsasında onların indikator xüsusiyyətlərinin aşkar edilməsi kitabda ətraflı şəkildə işıqlandırılır. Yosunların həyat tərzi və yayılması, təbiətdə və insan həyatında əhəmiyyəti kitabda öz əksini tapıb. Diqqətə çatdırılıb ki, hətta bir sıra ölkələrdə yaşıl yosun kulturaları süni olaraq yetişdirilir və kütləvi artırılmaqla çirklənmiş sututarlara buraxılır.
Müəlliflər adından çıxış edən Daşqın Qənbərov universitet mühitində yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün göstərilən dövlət dəstəyinə görə minnətdar olduğunu bildirib.


 Naxçıvan Dövlət Universitetində “İbtidai bitkilərin sistematikası” adlı kitabın təqdimatı keçirilib
 Naxçıvan Dövlət Universitetində “İbtidai bitkilərin sistematikası” adlı kitabın təqdimatı keçirilib
 Naxçıvan Dövlət Universitetində “İbtidai bitkilərin sistematikası” adlı kitabın təqdimatı keçirilib

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Temmuz 2022    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031