SON DƏQİQƏ

naxcivanxeberleri.com

Məktəblilərin respublika yaradıcılıq festivalına başlanılıb

Məktəblilərin respublika yaradıcılıq festivalına başlanılıb
20-12-2018, 20:38

Dekabrın 20-də Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin təşkilatçılığı ilə məktəblilərin respublika yaradıcılıq festivalına başlanılıb.

Təhsil Nazirliyindən bildiriblər ki, festivalın keçirilməsində məqsəd məktəblilərdə yeni növ texnologiyalardan istifadə edərək yaradıcı təfəkkür və açıq düşüncə tərzinin formalaşdırılması, onlara gələcəyin ixtisas və peşə seçim imkanlarını təmin edən müvafiq bacarıqların verilməsidir.

2018-2019-cu tədris ili boyunca keçirilməsi nəzərdə tutulan festival çərçivəsində 2 müsabiqə təşkil olunacaq.

Respublikanın bütün ümumtəhsil müəssisələrinin şagirdləri dekorativ-tətbiqi sənət, dram və ekologiya istiqamətləri üzrə müsabiqələrdə iştirak edəcəklər.

Səriyyə Alməmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930