SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qızıl medalla bağlı müzakirələrə son qoyuldu - ƏTRAFLI

Qızıl medalla bağlı müzakirələrə son qoyuldu - ƏTRAFLI
20-12-2018, 19:15

Orta məktəbləri qızıl medalla bitirən məzunların imtahanlarsız (və ya sadəcə, ixtisas imtahanı ilə) ali məktəblərə qəbulu məsələsi ətrafında müzakirələrə birdəfəlik son qoyulub.

Belə ki, Milli Məclisin (MM) birinci oxunuşunun müzakirəsindən keçən və ikinci oxunuşu gözlənilən “Ümumi təhsil haqqında” qanun layihəsində bununla bağlı nəzərdə tutulan 13.19-cu maddə tamam dəyişdirilib.

Dəyişdirilmiş variantda bunlar əksini tapır:

“Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir.

Xüsusi proqram əsasında təhsil verən təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunurlar.

Ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, şagirdlərin sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.

Xatırladaq ki, əvvəlki variantda “Təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunurlar”, - deyə qeyd olunurdu.

Bununla da qızıl medal məsələsi ətrafında müzakirə və mübahisələrə birdəfəlik son qoyulub.

Səriyyə Alməmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930