SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Naxçıvan" Universitetində növbəti seminar-treninq keçirilib

23-05-2019, 14:24

Naxçıvan Muxtar Respublikası Ali Məclisi ¬Sədrinin 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrası ilə bağlı Naxçıvan Universitetində növbəti seminar-treninq keçirilib.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə “Huawei” şirkətinin peşəkar mütəxəssisləri tərəfindən Naxçıvan Universitetində yaradılan İKT mərkəzində “Telekommunikasiya Sahəsinə dair Təlim“ mövzusunda keçirilən seminarda Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mütəxəssisləri, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Universitetnin bir qrup müəllimi və hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələr iştirak ediblər.
“Huawei-Azərbaycan” MMC-nin “Simsiz texnologiyalar” sektorunun rəhbəri İmran Bayramov 5G LTE texnologiyalarının strukturu və iş prinsipi haqqında iştirakçılara geniş mühazirə oxuyub.

Sonda tələbələrin ¬sualları ətraflı cavablandırılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031