00:05 - Günün qoroskopu-12.08.2022
23:30 - Gömürdə bir gün: gördüklərim, etiraf etməyə borclu olduğum hisslər...
22:23 - Kopenhagendə Ukrayna üçün 1,5 milyard avrodan çox vəsait toplanıb
21:26 - Çavuşoğlu: “Ərdoğanla Əsəd arasında danışıqdan söhbət belə gedə bilməz”
20:41 - Türkiyə, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı görüş avqustun 26-da keçiriləcək
19:50 - Naxçıvanda gənclərin Vətən müharibəsi iştirakçıları ilə görüşləri təşkil olunub
19:09 - Avropada təbii qazın qiyməti artıb
18:48 - Ukrayna Prezident Ofisi müharibənin başa çatmasının şərtini açıqlayıb
18:30 - Çexiya çempionunun oyunu "Qarabağ"a görə təxirə salınıb
17:41 - DSX-nin yeni xüsusi təyinatlıları and içib
17:05 - Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
17:00 - Azərbaycanda son sutkada 488 nəfər koronavirusa yoluxub
16:44 - Mühəndis təminatı üzrə tədbirlərin icrası davam etdirilir - VİDEO
16:28 - Oktyabrda Azərbaycanda Türk Dövlətləri Təşkilatının dini liderlərinin görüşü keçiriləcək
16:09 - Məktəbəhazırlıq qrupları üzrə tətil günləri açıqlanıb
Rəyasət Heyətinin növbəti iclası keçirilib
AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclası keçirilib. Bölmənin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə iclas iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov iclasda “Ümummilli lider Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda elmi məruzə edib. Məruzədə hərb tariximizə nəzər salınıb, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu sahəsində görülən işlər, general Səməd bəy Mehmandarov və Əliağa Şıxlinskinin mühüm rolu vurğulanıb, sovet hakimiyyəti dövründə hərb tariximizin parlaq simalarının, görkəmli sərkərdələrimizin əksəriyyətinin repressiyaya məruz qalması faktı diqqətə çatdırılıb. Tədqiqatçı qeyd edib ki, dahi rəhbər Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1971-ci ildə general Cəmşid Naxçıvanskinin adını daşıyan ixtisaslaşdırılmış internat məktəbinin yaradılması Azərbaycanda ixtisaslı kadrların formalaşdırılmasına mühüm töhfə idi.
Alim bildirib ki, Ulu öndər ölkəyə rəhbərliyinin ikinci dövründə də ordu quruculuğuna xüsusi diqqət yetirirdi. Həmin uğurlu siyasətin davamı olaraq yeni peşəkar kadrların hazırlanması yüksək səviyyədə davam etdirildi, Ermənistanla atəşkəsin elan olunmasından sonra ölkədə nizami ordu quruculuğu formalaşdırılmağa başlandı.
Həyatın bütün sahələrində olduğu kimi ordu quruculuğuna da peşəkar yanaşma sayəsində ardıcıl surətdə Azərbaycan Ali Hərbi Məktəbi, Cəmşid Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı, Hərbi Akademiya yaradıldı, Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzi təşkil edildi. 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu.
Milli ordu quruculuğuna ötən əsrin 90-cı illərində Naxçıvandan başlanıldığını qeyd edən Asəf Orucov, muxtar respublikada hərb işinin təkmilləşdirilməsi və ordu quruculuğu sahəsində görülən işlərdən söz açıb. Qeyd olunub ki, Azərbaycanda ordu quruculuğunun yüksələn xətlə davamı Aprel döyüşləri, Günnüt zəfəri, 44 günlük Vətən müharibəsi zamanı qazandığımız parlaq qələbələrdə əksini tapıb.
Daha sonra gündəliyə çıxarılan elmi-təşkilati məsələlərlə bağlı məlumatlar təqdim olunub, müzakirə olunaraq müvafiq qərarlar qəbul olunub.