SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sabah “Yay məktəbi” başa çatır

Sabah “Yay məktəbi” başa çatır
29-06-2022, 17:01

Sabah, iyunun 30-da Azərbaycanın ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla təşkil edilən “Yay məktəbi” başa çatır.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, iyunun 16-dan başlayan “Yay məktəbi” ərzində ekskursiyalar, muzey dərsləri, açıq havada məşğələlər və digər öyrədici fəaliyyətlər həyata keçirilib.

Məşğələlərdə təhsilalanlara müvafiq fənlər üzrə zəruri bilik və bacarıqlar verilib, bölmələr üzrə ümumiləşdirmələr aparılıb, kompleks mövzular üzrə tapşırıqlar işlənilib.

Qeyd edək ki, “Yay məktəbi”nin təşkilində məqsəd pandemiya ilə əlaqədar son tədris illərində təlim prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması, təhsilalanlara zəruri bilik və bacarıqların verilməsi olub.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031