SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dövlət qulluğuna qəbul imtahanının proqramında dəyişiklik olub

Dövlət qulluğuna qəbul imtahanının proqramında dəyişiklik olub
29-06-2022, 11:19

Dövlət qulluğuna qəbul imtahanının proqramında dəyişiklik olub.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, DİM tərəfindən fəaliyyət istiqamətinə daxil olan bütün imtahanların daha obyektiv və şəffaf keçirilməsi məqsədilə imtahanın məzmununun təkmilləşdirilməsi üçün mütəmadi olaraq zəruri tədbirlər həyata keçirilir. Elmi və elmi-texnoloji sahələrdə, həmçinin qanunvericilik sitemində baş verən dəyişikliklər nəzərə alınalaraq dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı mərhələsinin də imtahan proqramlarında zəruri dəyişikliklər edilir, test bankları mütəmadi olaraq yenilənir, banka yeni model tapşırıqlar daxil edilir.

Dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı mərhələsinə hazırlaşanların nəzərinə çatdırırıq ki, yuxarıda qeyd olunanlara əsasən 2022-ci ilin iyul ayından etibarən keçirilən test imtahanlarının qanunvericilik üzrə proqramlarında müəyyən dəyişikliklər (bu dəyişikliklər proqramın qismən sadələşdirilməsi ilə müşaiyət olunur) həyata keçirilib.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031