16:03 - Azərbaycan yanğınsöndürənləri Türkiyədən yola salınıb
15:43 - Azərbaycan XİN Ermənistanın Qarabağa hərbçi göndərəcəyilə bağlı məlumata münasibət bildirib
15:13 - Qurban bayramı günlərində AQTA nəzarət tədbirlərini gücləndirəcək
14:51 - İƏT-in sessiya iştirakçılarının Qarabağa səfəri başlayıb-FOTO
14:36 - Azərbaycan və Qətərin Baş prokurorları görüşüb-FOTO
14:26 - DİM iyulun 6-7-də imtahan verəcək abituriyentlərə müraciət edib
14:16 - Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü olub-FOTO
14:12 - Əli Əsədov Qətərin Baş prokuroru ilə görüşüb
14:08 - Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlıq uğurla inkişaf edir-FOTO
13:49 - “Qarabağın tarixi” mövzusunda müsabiqə elan edilib
13:20 - Madriddə NATO-nun sammiti başlayıb
12:41 - Bu gün Azərbaycandan zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşür
12:18 - Tarixi əhəmiyyətli əşyaları gömrük sərhədindən gizli keçirmək cəhdi alınmadı-FOTO, VİDEO
12:02 - Ərdoğan Makronla görüşüb
I və IV ixtisas qrupları üzrə yay imtahanları üçün 11 mindən çox abituriyent qeydiyyatdan keçib
I və IV ixtisas qrupları üzrə yay imtahanlarına qeydiyyat iyulun 4-ü saat 23:59-dək davam edəcək.
NAXCİVANXEBERLERİ.COM Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, bu gün saat 10-a olan məlumata görə, indiyədək I ixtisas qrupu üzrə 11 min 48 nəfər (Azərbaycan bölməsi 9 min 972, rus bölməsi – 1076), IV ixtisas qrupu üzrə 2 min 186 nəfər (Azərbaycan bölməsi üzrə 1852, rus bölməsi üzrə 334) qeydiyyatdan keçib.
İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.
Abituriyentlər “Şəxsi kabinet”inin hesabına imtahanda iştirak haqqını (40 AZN) əlavə edib verilən link (https://eservices.dim.gov.az/erizebak/cehd2 /) vasitəsilə imtahana yazıla bilərlər. Aşağıdakı kateqoriyadan olan abituriyentlər üçün imtahan ödənişsizdir: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; şəhid ailəsinin üzvləri; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; məcburi köçkün statusu olan şəxslər; I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar. Bu abituriyentlər haqqında məlumat DİM tərəfindən müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla əldə olunur.
Xatırladaq ki, II və III ixtisas qrupları üzrə yay imtahanlarına qeydiyyat iyunun 21-də başa çatıb.