SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gənc dövlət qulluqçularının andiçmə mərasimi keçirilib-FOTO

Gənc dövlət qulluqçularının andiçmə mərasimi keçirilib-FOTO
21-06-2022, 17:44

23 iyun Dövlət Qulluqçularının Peşə bayramı günü ərəfəsində Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunmuş müsabiqədə müvəffəqiyyət qazanan dövlət qulluqçularının andiçmə mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Dövlət Bayrağı Muzeyində keçirilən tədbirdə İmtahan Mərkəzinin sədri İsmayıl Qəribli çıxış edərək bildirib ki, Ali Məclisin Sədri cənab Vasif Talobuvun diqqət və qayğısı ilə muxtar respublikada davamlı tərəqqiyə və yüksəlişə doğru aparan uğurlu siyasət dövlət qulluğu sahəsinin inkişafı üçün əlverişli imkanlar yaradıb. Bu gün muxtar respublikada müasir tələblərə cavab verən dövlət qulluğu sistemi formalaşdırılıb. Dövlət orqanları üçün ən müasir standartlara cavab verən inzibati binaların tikilməsi və maddi-texniki bazanın gücləndirilməsi, dövlət quluqçularının fəaliyyətinin yaxşılaşdırılması, onlara lazımi iş şəraitinin yaradılması, işində fərqlənən dövlət qulluqçularının təltif edilməsi dövlət qulluğu sahəsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. 

Qeyd olunub ki, Mərkəz tərəfindən 2011-ci ildən bu günədək dövlət qulluğunda inzibati vəzifələrin tutulması üçün keçirilmiş 22 müsabiqədə 7270 namizəd iştirak edib, onlardan 1354 nəfəri uğur qazanaraq müvafiq vəzifələrə təyin olunub ki, onların da böyük əksəriyyətini gənclər təşkil edir. Muxtar respublikanın dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının 39 faizə yaxını Dövlət İmtahan Mərkəzinin keçirdiyi müsabiqələrdə uğur qazanmış dövlət qulluqçularıdır. Bu gün muxtar respublikada, demək olar ki, bütün dövlət qurumlarında müxtəlif istiqamətlər üzrə işə qəbul prosesi Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə vasitəsilə həyata keçirilir. Bu isə uğurlu kadr potensialının formalaşmasına və istedadlı gənclərin davamlı şəkildə işlə təmin olunmasına imkan verir.

Bu gün muxtar respublikada vətəndaşların məşğulluq prbleminin həlli üçün hərətərfli işlər görüldüyünü və əlverişli mühit formalaşdırıldığını deyən, İsmayıl Qəribli yaradılan şəraitə görə dövlət qulluqçuları adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Gənc dövlət qulluqçusu Gülşən Qasımova çıxış edərək deyib ki, bu gün muxtar respublikamızda gənclərin inkişafı və özünütəsdiqi üçün zəruri şərait var. Mən də dövlətimiz tərəfindən gənclərə yaradılan şəraitdən və təqdim edilən təhsil imkanlardan istifadə edərək 600-dən çox balla Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasına qəbul olmuşam. Dövlət qulluğuna qəbul imtahanlarında iştirak edib 92 bal toplayaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzində işlə təmin olunmuşam. Gülşən Qasımova gənclərə yaradılan şəraitə görə dövlətimizə minnətdarlığını bildirib, göstərilən qayğının müqabilində səylə çalışaraq muxtar respublikamızın inkişaf və tərəqqisinə öz töhfələrini verəcəklərini qeyd edib.

Daha sonra müsabiqəni uğurla başa vurmuş və dövlət orqanlarında yeni vəzifələrə təyin olunmuş namizədlər Azərbaycan Respublikasına sadiq olacaqlarına, onun Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun onlara verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, yalnız qanunauyğun surətdə və dövlətin mənafeyi naminə həyata keçirəcəklərinə and içiblər.

Dövlət İmtahan Mərkəzinin sədri dövlət qulluqçularının anda sadiq qalacaqlarına, ümummilli liderimiz Heydər Əliyevin ideyalarına, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edəcəklərinə, onlara göstərilən etimadı doğruldacaqlarına əminliyini ifadə edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Andın mətnini imzalayan dövlət qulluqçularına andiçmə vərəqələri təqdim edilib, xatirə şəkli çəkdirilib.

Sonra mərasim iştirakçıları Dövlət Bayrağı Muzeyi ilə tanış olublar.

Xatırladaq ki, müsabiqəyə 169 vakant vəzifə çıxarılmış, həmin vəzifələrin tutulması üçün 696 namizəd sənəd təqdim etmişdir. Müsabiqənin test imtahanları mərhələsində 606 namizəd iştirak etmiş, 267 namizəd keçid balını toplamışdır. Test imtahanında və müsahibə mərhələsində müvəffəqiyyət qazanmış namizədlərdən 81-i vakant vəzifələrə təyin olunub. Onlardan ilk dəfə dövlət qulluğuna qəbul edilmiş 40 nəfər andiçmə mərasimində iştirak edib.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Temmuz 2022    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031