SON DƏQİQƏ

naxcivanxeberleri.com

Təhsil naziri: Bakıdakı məktəblərin 10 faizində şagird sıxlığı var

Təhsil naziri: Bakıdakı məktəblərin 10 faizində şagird sıxlığı var
20-12-2018, 15:32

Bakıdakı 320 məktəbin 10 faizində şagird sıxlığı müşahidə edilir.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, sıxlıq olmayan məktəblərdə həmin təhsil müəssisələrinin mikroərazisi ilə yanaşı, digər ərazilərdə yaşayan şagirdlərin qəbulu ilə bağlı da problem yaranmır.

Nazir əlavə edib ki, təhsil almaq üçün dövlət təhsil müəssisələrinə müraciət edən bütün vətəndaşların müraciəti təmin edilir. Lakin ərazidə şagird sıxlığı olduğu halda, məktəbə qəbul zamanı təhsil müəssisəsinin mikroərazisində yaşayan şagirdlər üstünlük əldə edirlər:

“Şagird sıxlığı o deməkdir ki, məktəbdə oxumaq üçün müraciət edənlərin sayı oradakı şagird yerlərinin sayından daha çoxdur. Buna görə də sıxlıq olan ərazilərdə məktəblərə qəbul zamanı coğrafi ərazi prinsipi tətbiq edilir”.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30