00:05 - Günün qoroskopu-04.07.2022
23:30 - “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başa çatdı
22:50 - Cəbrayıl Avropa çempionu oldu, Ramik bürünc medal qazandı
21:39 - Avstraliya Rusiyadan qızıl idxalına qadağa qoyacaq
20:09 - Naxçıvan şәhәrindә aparılan quruculuq işlәri sürәtlә davam etdirilir
19:36 - Naxçıvan göycәsindә yaşıl zoğların köklәndirilmәsi
18:21 - Cüdoçumuz açıq Avropa turnirinin qızıl medalını qazanıb
17:47 - Zeman Qərb ölkələrini Ukraynaya silah tədarükünə çağırıb
16:41 - Naxçıvan şәhәrindә vә onun kәndlәrindә taxıl biçininә başlanılıb
15:30 - Şoyqu Ukraynanın Luqansk vilayəti üzərində tam nəzarətin əldə olunduğunu elan edib
15:13 - Avstriyalı nazirlər Türkiyəyə səfər edəcək
14:04 - Azərbaycan gimnastı FIG kubokuna layiq görülüb
13:00 - Cənubi Koreyada koronavirusa 10 mindən çox yoluxma qeydə alınıb
12:23 - Bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb
Naxçıvan Dövlət Universiteti Jurnalistika ixtisası tələbələri “Şuşa ili”- nə həsr olunmuş esse yazı müsabiqəsində mükafatlandırılıb-FOTO
Mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq mərkəzi tərəfindən Filologiya və Jurnalistika fakültələri tələbələri arasında keçirilən “Şuşa ili”- nə həsr olunmuş “ Ayrılmadı könül candan” adlı esse və hekayə müsabiqəsində qaliblər mükafatlandırılıb. Naxçıvan Dövlət Universiteti Jurnalistika ixtisası üzrə III kurs tələbəsi İlahə Allahverdiyeva “Qarabağ Azərbaycanın musiqi beşiyidir”, həmin ixtisas üzrə I kurs tələbəsi Əli Yarıyev “Ayrılmadı könül candan” adlı essesi ilə qaliblər sırasında olub.
Bu məqsədlə keçirilən tədbirdə çıxış edən Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq mərkəzinin direktoru professor Sevinc Əliyeva bildirib ki, tələbələrimizin hər bir yazısında Qarabağa olan həsrət dolğun şəkildə ifadə olunub. Qeyd edilib ki, müsabiqə gənclərimizin Qarabağa olan məhəbbəti və düzgün yazı vərdişlərinin inkişafı, ədəbi dilin normalarına riayət olunması məqsədi ilə keçirilib. Vurğulanıb ki, məzmun və yazı quruluşu baxımından dolğun olan on tələbənin yazısı mükafat alanlar sırasında olub.
Sonda qaliblər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Sonda tələbələrlə yazılar haqqında fikir mübadiləsi aparılıb və tələbələrin çıxışları dinlənilib.
Qeyd edək ki, orfoqrafik, qrammatik və üslub səhvlərinə rast gəlinən əksər yazılar müsabiqəyə buraxılmayıb. Mətnin abzaslara düzgün bölünməməsi, punktuasiya qaydalarına riayət olunmaması, eləcə də mövzu ilə məzmun arasında uyğunsuzluq kimi hallar müşahidə edilən, ciddi plagiat faktlarının aşkar edildiyi yazılar isə müsabiqədən kənarlaşdırılıb.