SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində 28 may Müstəqillik Gününə həsr olunan solo konsert keçirilib-FOTO

Naxçıvan Dövlət Universitetində 28 may Müstəqillik Gününə həsr olunan solo konsert keçirilib-FOTO
26-05-2022, 18:47

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Ali təhsil ocağının İncəsənət fakültəsinin akt zalında universitetin Musiqi təlimi kafedrasının dosenti, Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi İsmayıl Mürsəlovun solo konserti keçirilib.

Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Etiqad Seyidov  İsmayıl Mürsəlov haqqında tamaşaçıları məlumatlandırıb. Qeyd edilib ki, sənətkar Naxçıvanda anadan olub, ilk musiqi təhsilini Naxçıvan şəhər 1 nömrəli uşaq musiqi məktəbində alıb. Daha sonra İsmayıl Mürsəlov Üzeyir Hacıbəylinin adını daşıyan Naxçıvan orta ixtisas musiqi məktəbinə daxil olub, burada ustad tarzən Əkrəm Məmmədlidən Azərbaycan tarının sirlərini mənimsəyib.

Konsertə Andrey Babayevin “Pıçıldaşan ləpələr” əsəri ilə başlayan tarzəni fortepiano kafedrasının müəllimi, IX Respublika müsabiqəsinin laureatı Səxavət Rəhimov müşayiət edib. Sonra sənətkarın ifasında səsləndirilən “Karmen” operasından “Antrakt”, “Bakı Gecələri”, Hacı Məmmədovun “2 №-li tar konsertinin – I hissəsi” izləyicilər tərəfindən yüksək ab-hava ilə dinlənilib.

Ali təhsil ocağının III kurs tələbəsi Təvəkkül Qurbanovun ifasında səsləndirilən Ramiz Mirişlinin “Dalğalar” əsərini fortepianoda Musiqi təlimi kafedrasının müəllimi Fəxriyyə Əliyeva müşayiət edib.

Daha sonra İsmayıl Mürsəlovun ifasında səsləndirilən “Xaric segah” muğamı, “Xəyala dalarkən”, “Çardaş” əsərləri izləyicilər tərəfindən alqışlarla qarşılanıb.

Prezidentin fərdi təqaüdçüsü, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Əkrəm Məmmədli İsmayıl Mürsəlov haqqında xoş arzularını, xatirələrini bölüşüb.

Sonda universitetin rektoru Elbrus İsayev çıxış edərək, tarzənin ifasını yüksək qiymətləndirib, bu cür konsertlərin davamlı olmasını arzulayıb.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Temmuz 2022    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031