17:24 - Azərbaycan və İran Prezidentlərinin qarşılıqlı səfərləri planlaşdırılıb
17:18 - Prezident İlham Əliyev İran-Azərbaycan münasibətlərindən danışıb
17:12 - Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü olub-FOTO, YENİLƏNİB
17:01 - Sabah “Yay məktəbi” başa çatır
16:44 - Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentinə təşəkkür edib
16:22 - İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb - FOTO, YENİLƏNİB
16:10 - Aşqabadda sammit başlayıb, İlham Əliyev toplantıda iştirak edir - FOTO, YENİLƏNİB
16:03 - Azərbaycan yanğınsöndürənləri Türkiyədən yola salınıb
15:43 - Azərbaycan XİN Ermənistanın Qarabağa hərbçi göndərəcəyilə bağlı məlumata münasibət bildirib
15:13 - Qurban bayramı günlərində AQTA nəzarət tədbirlərini gücləndirəcək
14:51 - İƏT-in sessiya iştirakçılarının Qarabağa səfəri başlayıb-FOTO
14:36 - Azərbaycan və Qətərin Baş prokurorları görüşüb-FOTO
14:26 - DİM iyulun 6-7-də imtahan verəcək abituriyentlərə müraciət edib
14:16 - Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü olub-FOTO
Orta İxtisas Polis Məktəbində NDU-nun tələbələri ilə görüş keçirilib
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasının tələbələri ilə görüş keçirilib.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, tədbirdə çıxış edən Orta İxtisas Polis Məktəbinin rəisi, polis polkovniki Kamil Məmmədəliyev məktəbin təlim-tədris prosesində qısa zamanda müəyyən müsbət nəticələrə nail olunduğunu vurğulayıb. Bildirib ki, 2021-ci ildə polis məktəbini bitirən ilk məzunlar üçün təntənəli buraxılış mərasimi keçirilib, 25 gənc zabit daxili işlər orqanlarında müvafiq vəzifələrdə xidmətə başlayıb.
Nazirliyin Kadrlar şöbəsinin rəisi, polis kapitanı Rahin Əmirov çıxışında deyib ki, Ali Məclis Sədrinin sərəncamlarına əsasən Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin hamiliyinə verilib. Müvafiq sərəncamlardan irəli gələn vəzifələrin icrasına Daxili İşlər Nazirliyinin təcrübəli əməkdaşları cəlb edilməklə həmin tələbələrlə bir neçə görüş keçirilib. Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin Hüquq fənləri kafedrasının müdiri Elman Abbasov isə hamiliklə bağlı müvafiq sərəncamların icrasının tələbələrin peşə biliklərinə yiyələnməsində böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Sonra tələbələr məktəbin tədris şəraiti ilə yaxından tanış olublar.