SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda müəllimlər üçün keçirilən test imtahanları başa çatıb

Naxçıvanda müəllimlər üçün keçirilən test imtahanları başa çatıb
20-05-2019, 10:05

13-18 may 2019-cu il tarixlərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması üçün test imtahanları keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə test imtahanlarında iştirak etmək üçün 120 nəfər sənəd təqdim etmiş, onlardan 109-u test imtahanında iştirak etmiş və 85 müəllim keçid balını toplamışdır. Müəllimlər arasında dərs yükünün bölüşdürülməsi və onların karyera inkişafı zamanı qiymətləndirilmənin nəticələri nəzərə alınacaq, qiymətləndirilməsi aparılan müəllimlərin aylıq əməkhaqqı həftəlik dərs yükünə müvafiq olaraq artırılacaqdır.
Test imtahanında iştirakçılara ixtisas üzrə ümumi fənn proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 25, informasiya texnologiyaları üzrə 15 sual olmaqla 80 sual təqdim edilmiş, sualları cavablandırmaq üçün iştirakçılara 120 dəqiqə vaxt verilmişdir. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılmışdır. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim edilmişdir. Test imtahanlarının nəticələri gündəlik olaraq Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilmişdir.


Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031