SON DƏQİQƏ

naxcivanxeberleri.com

Tələbələr Vergilər Nazirliyində istehsalat təcrübəsi keçirlər

Tələbələr Vergilər Nazirliyində istehsalat  təcrübəsi keçirlər
20-05-2019, 11:05

Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin “Menecment” ixtisası üzrə 3-cu kurs tələbələri Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində istehsalat təcrübəsində iştirak edirlər.

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Nazirliyin əməkdaşları tərəfindən keçirilən təcrübə dərslərində tələbələrə Vergilər Nazirliyində tətbiq edilən Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) iş prinsipi, verginin muxtar respublika iqtisadiyyatındakı rolu, vergi dərəcələri, vergi nəzarəti tədbirləri və s. haqqinda geniş məlumlar verilir. Istehsalat təcrübəsində tələbələr həm praktiki biliklərini artırır, həm də vergi ödəyicilərinə və vətəndaşlara onlayn şəkildə göstərilən elektron xidmətlərlə yaxından tanış olurlar. Təcrübə dərslərinin keçirilməsi tələbələrin gələcəkdə ixtisaslı kadr kimi formalaşmasında xüsusi rol oynayır.
Qeyd edək ki, istehsalat təcrübəsi 15 aprel 2019-ci il tarixdən başlanılıb və 31 may 2019-ci il tarixədək davam edəcəkdir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Şubat 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728