SON DƏQİQƏ

naxcivanxeberleri.com

Natiqlik sənəti üzrə mütəxəssis Cəlalə Nəzəroğlu Naxçıvan Dövlət Universitetində seminar keçirib-FOTO

Natiqlik sənəti üzrə mütəxəssis Cəlalə Nəzəroğlu Naxçıvan Dövlət Universitetində seminar keçirib-FOTO
13-05-2022, 17:25

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsində keçiriləntədbiri giriş sözü ilə açan Tələbə Həmkarlar İttifaqı Komitəsinin  sədri Hüseyn İmanov seminarın mahiyyəti və Diksiya Akademiyası Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və rəhbəri Cəlalə Nəzəroğlu haqqında məlumat verib.

Sonra sözə başlayan Diksiya Akademiyası MMC-nin təsisçisi və rəhbəri, jurnalist, teleaparıcı, natiqlik sənəti üzrə mütəxəssisCəlalə Nəzəroğlu öz fəaliyyəti barədə auditoriyaya məlumat verib. Təlimçi muxtar respublika və ali təhsil ocağı ilə bağlı aldığı təəssüratları dilə gətirib. Cəlalə Nəzəroğlu danışıqda yol verilən səhvlər, düzgün ünsiyyət qaydaları, davranış zamanı nitqdən və bədən dilindən lazımi formada istifadə edilməsi, ünsiyyət zamanı qarşı tərəfin psixologiyası uyğun dialoqun qurulması, orfoepiya qaydalarına əməl olunması və digər mövzularda seminar iştirakçılarını məlumatlandırıb.

Seminarın sonunda iştirakçıları maraqlandıran sualları cavablandırılıb.

Qeyd edək ki, Cəlalə Nəzəroğlu müxtəlif illərdə Xəzər TV-də "Xəzər Xəbər"in aparıcısı və bölgə xəbərlərindən məsul redaktor, İnterAz TV-nin "Xəbərlər" departamentinin rəhbəri, diksiya mütəxəssisi kimi fəaliyyət göstərib.O həmçinin Türkiyənin fərdi inkişaf üzrə nüfuzlu Fərdi İnkişaf Mərkəzində təlim alaraq bir çox dövlət qurumlarında, özəl şirkətlərdə, Qeyri Hökümət Təşkilatları, ali və orta məktəblərdə səlis danışığı fərqli formatda öyrədən seminar və təlimlər keçib. Eyni zamanda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Nitq mədəniyyəti müəllimi kimi fəaliyyət göstərib.Cəlalə Nəzəroğlu 2017-ci ildə Bakı Dövlət Universitetində keçirilən“İlin ən yaxşı radio aparıcısı nominasiyası” üzrə mükafata layiq görülüb. “Danışığınla həyatı qazan” ikicildlik kitabının müəllifidir.

Tərlan İbrahimova Jurnalistika ixtisası üzrə I kurs tələbəsi

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031