SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Göy mexanikasında üç cisim məsələsi” monoqrafiyasınəşr olunub-FOTO

“Göy mexanikasında üç cisim məsələsi” monoqrafiyasınəşr olunub-FOTO
13-05-2022, 17:02

AMEA Naxçıvan Bölməsi Batabat Astrofizika Rəsədxanasının Səma cisimlərinin fotometriyası şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Azad Məmmədlinin “Göy mexanikasında üç cisim məsələsi” adlı yeni monoqrafiyası nəşr olunub.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, əsər AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Əyyub Quliyevin elmi məsləhət və redaktorluğu, fizika-riyaziyyat elmləri doktoru Səfər Həsənovun rəyi və AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin 29 mart 2022-ci il tarixli qərarı ilə Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyində çap olunub.

Giriş, 7 fəsil, nəticə, ədəbiyyat və “Cədvəllər”dən ibarət monoqrafiyada göy mexanikasının və astrodinamikanın aktual problemlərindən olan məhdud üç cisim məsələsitədqiq olunub.Olduqca maraqlı mövzunu əhatə edən monoqrafiyada 140-a yaxın elmi ədəbiyyata istinad olunub.

Müəllif əsərin girişində elliptik, dairəvi, hiperbolik və parabolik məhdud üç cisim məsələlərinin öyrənilməsi sahəsində Eylerdən başlayaraq günümüzədək görkəmli astronom və riyaziyyatçıların gördükləri işlər haqqında ətraflı məlumat verir.

Monoqrafiyanın ilk dörd fəsli nisbətən az öyrənilmiş parabolik məhdud üç cisim məsələsinə həsr olunub. Aparılan keyfiyyət və ədədi analizlər əsasında ortalama metodu ilə müstəvi hal üçün məsələnin analitik həlli tapılaraq alınannəticələr Günəş-planet-ulduz üçlüyünə tətbiq edilir.

Sonrakı fəsillərdə məsələnin konkret astronomik tətbiqləri nəzərdən keçirilir. Tədqiqatçısınaq ulduzunun hiperbolik yaxud parabolik orbit üzrə Günəş sistemi ilə yaxınlaşması halında planetlərin orbit elementlərinə təsirini, eləcə də planetlərin hərəkətinin dayanıqlığı problemini ətraflı araşdırır.

Aparılan təhlillər, mühakimələr və riyazi hesablamalarcədvəllər və qrafiklər şəklində təqdim olunur. Hər fəslin sonunda əldə olunan elmi nəticələr ümumiləşdirilir, bu isə aparılan araşdırmanın sistemli qavranılmasında böyük önəmə malikdir.

Yeni tədqiqat əsəri  ulduz dinamikası və göy mexanikası sahəsində çalışan mütəxəssislər, bu sahənin tədqiqatçıları üçün faydalı mənbədir.

 

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031