SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində yeni yaradılan İELTS Mərkəzinin koordinatoru Bayram Əliyevə əməkdaşlıq haqqında plakat təqdim edilib-FOTO

Naxçıvan Dövlət Universitetində yeni yaradılan İELTS Mərkəzinin  koordinatoru Bayram Əliyevə əməkdaşlıq haqqında plakat təqdim edilib-FOTO
13-05-2022, 14:20

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Bakıda Britaniya Şurasının partnyorları ilə Böyük Britaniyanın Azərbaycandakı səfiri James Sharp və Britaniya Şurasının direktoru Fransis Trexo-Qardenerin iştirakı ilə tədbir keçirilib.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəvəti ilə NDU IELTS Mərkəzinin koordinatoru və Beynəlxalq Münasibətlər kafedrasının müəllimi  Bayram Əliyev də tədbirə qatılıb. Tədbirdə Bayram Əliyevə birgə əməkdaşlığa dair plakat təqdim edilib.

Görüşdə səfir James Sharp NDU ilə Britaniya Şurasının əməkdaşlığını yüksək qiymətləndirərək bu əməkdaşlığın uğurlu olacağına əminliyini ifadə edib.

Britaniya Şurasının Azərbaycan ofisinin direktoru Fransis Trexo-Qardener Naxçıvana səfəri çərçivəsində ona göstərilən isti münasibətə görə minnətdarlığını bir daha dilə gətirib və bu əməkdaşlığın yeni imkanlar açacağını vurğulayıb. Britaniya Şurasının Azərbaycan ofisinə yeni təyin edilmiş direktor Nərgiz Hüseynova Britaniya Şurası və Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib və bu əməkdaşlığın yalnız IELTS imtahanı ilə məhdudlaşmadığını, birgə layihələrin icra edilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Tədbirdə Böyük Britaniyanın Azərbaycandakı səfirinə və tədbir iştirakçılarına Naxçıvan Dövlət Universiteti haqqında, İngilisdilli ixtisaslar, universitetin gələcək hədəfləri haqqında geniş məlumat verilib.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031