SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində Məzun Günü qeyd olunub

Naxçıvan Dövlət Universitetində Məzun Günü qeyd olunub
17-05-2019, 09:30

Naxçıvan Dövlət Universitetində məzun gününə həsr olunmuş təntənəli mərasim keçirilib. Universitetin əsas binasının qarşısında keçirilən tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov məzun adı qazanan magistr və tələbələri, onların üzərində böyük əməyi olan valideynləri və müəllimləri təbrik edib, məzunlara gələcək fəaliyyətlərində Naxçıvan Dövlət Universitetinin adını daim uca tutmağı və müstəqil ölkəmizin tərəqqisinə layiqli töhfələr verməyi arzulayıb.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə rektor Azərbaycanda elm və təhsilin inkişafından, muxtar respublikada kadr potensialının gücləndirilməsinə göstərilən dövlət qayğısından danışıb. Qeyd olunub ki, bir çox beynəlxalq layihələrdə uğurla iştirak edən, əməkdaşlıq əlaqələri ildən-ilə güclənən universitetin timsalında müasir ali təhsil müəssisəsi modeli yaradılıb. Rektor universitetin 2018-2019-cu tədris ilindəkı nailiyyətlərindən bəhs edərək bildirib ki, bu ildə bakalavr üzrə 1435, magistratura üzrə isə 149 gənc öz ali təhsilini başa vurur.
Sonra məzun adını qazanmış bir qrup tələbə çıxış edib, tələbə yoldaşlarını bu əlamətdar gün münasibətilə təbrik ediblər.
Tələbə Teatr Studiyasının yallı və rəqs qrupunun ifaları tamaşaçılarda xoş əhvar-ruhiyyə yaradıb. Muxtar respublikada qonaq olan Azərbaycan Respublikasının Əməkdar artisti İlqar Muradov da məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.
Tədbir İncəsənət fakültəsinin Xalq çalğı alətləri kafedrasının “Buta” instrumental ansamblının müşayiət etdiyi konsert proqramıyla davam edib. Bir-birindən maraqlı mahnı və rəqslər tədbiri daha rəngarəng edib.
Sonda məzun tələbələrlə xatirə şəkli çəkdirilib.


Naxçıvan Dövlət Universitetində Məzun Günü qeyd olunubNaxçıvan Dövlət Universitetində Məzun Günü qeyd olunub

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031