SON DƏQİQƏ

naxcivanxeberleri.com

AzMİU-da Leicester Universiteti tərəfindən Azərbaycan universitetlərinin müəllimləri üçün intensiv kurslar keçirilir

AzMİU-da Leicester Universiteti tərəfindən Azərbaycan universitetlərinin müəllimləri üçün intensiv kurslar keçirilir
16-05-2019, 14:15

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Böyük Britaniyanın Leicester Universitetinin mütəxəssisi Dagmara Grabas tərəfindən Azərbaycanın aparıcı universitetlərinin müəllimləri üçün intensiv kurslar təşkil olunub.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, kurslara AzMİU-nun müəllim heyəti ilə yanaşı Bakı Mühəndislik Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Aviasiya Akademiyasının müəllimləri, eləcə də Rusiyanın Voronej Dövlət Texniki Universitetindən müəllimlər də qatılıb. Ümumilikdə 34 müəllimin iştirak etdiyi kurslar iki növbədə, gündə 4 saat olmaqla intensiv aparılır. Bu gün kursların artıq 4-cü günüdür.

Müəllimlər üçün nəzərdə tutulan kursların əsas məqsədi isə ingilis dilinin akademik səviyyədə və ixtisas yönümlü tədris olunması, ingilis dili müəllimlərinin metodoloji qabiliyyətlərinin inkişaf etdirilməsi, bu sahədə Böyük Britaniya təcrübəsindən istifadə olunması və yeni metodların tədrisdə tətbiqindən ibarətdir.

Sonda kursları müvəffəqiyyətlə başa vuran müəllimlərə Leicester Universitetinin sertifikatı təqdim olunacaq.

Qeyd edək ki, AzMİU və Leicester Universiteti uzun müddətdir ki, əməkdaşlıq edir və iki universitet birlikdə bir sıra uğurlu layihələrə imza atıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031