SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib

Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib
16-05-2019, 13:20

Dövlət İmtahan Mərkəzi 5 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verib.

DİM-dən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanlarının aparatı, onların tabeliyində olan qurumlar, yerli bölmələr və məhkəmə hakimiyyəti orqanlarında olmaqla elana çıxarılan vəzifələrin 5-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 27-si isə B növü vəzifələrə (inzibati icraçı) aiddir.

Ümumi müsahibəyə çıxarılan ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatında şöbə müdiri, İqtisadiyyat Nazirliyinin Aparatında şöbə müdiri və dövlət orqanı rəhbərinin müşaviri, inzibati vəzifələrin 6-cı təsnifatına uyğun olan Ekologiya və Təbii Sərvətlər Nazirliyində regional bölmənin rəhbərinin müavini vəzifələridir. Ümumilikdə isə, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 6 vəzifə, Maliyyə Nazirliyində 21 vəzifə, İqtisadiyyat Nazirliyində 3 vəzifə, Hesablama Palatasında 1 vəzifə, Sumqayıt Apelyasiya Məhkəməsində 1 vəzifə olmaqla 32 vakant vəzifə ümumi müsahibə elanına çıxarılmışdır.

Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə iyunun 14-ü 2019-cu il saat 18:00-dək (30 gün müddətində) Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031