SON DƏQİQƏ

naxcivanxeberleri.com

Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasının müzakirəsi olub

Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasının müzakirəsi olub
16-05-2019, 09:13

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondu bölmənin Mərkəzi Elmi Kitabxanası ilə birgə oxunması zəruri olan kitablar siyahısına daxil olan Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasının müzakirəsini keçirib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə tədbirdə Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Məhəmmədhüseyn Şəhriyarın yaradıcılıq irsindən, ustad şairin ölməz əsərlərinin Azərbaycan və Yaxın Şərq ədəbiyyatındakı yeri və mövqeyindən bəhs edib. Qeyd edib ki, əsərlərini həm fars, həm ana dilində, həm də klassik üslubda qələmə alan Şəhriyar hələ sağlığında klassiklər səviyyəsinə ucalıb. Şairin müxtəlif mövzulu əsərlərinin bir çoxunda vətənin şanlı tarixi, millilik, milli dəyərlər üstünlük təşkil edir.
Diqqətə çatdırılıb ki, ustad şairin diqqət çəkən əsərlərindən Azərbaycan ədəbiyyatının ən poetika nümunəsi olan “Heydərbabaya salam” poemasıdır. Əsərdə xalqın tarixi taleyi, milli-mənəvi dəyərlər, adət-ənənələr, ayin və mərasimlər, təbiət hadisələri böyük ustalıqla poetik dillə tərənnüm edib.
Vurğulanıb ki, “Heydərbabaya salam” poeması əhəmiyyətinə və aktuallığına görə bu gün də Azərbaycan ədəbiyyatının dəyərli nümunəsi hesab edilir. Elə bu səbəbdəndir ki, Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı oxunması zəruri olan kitablar haqqındakı sərəncamda xüsusi yer tutur.
Daha sonra bölmənin Mərkəzi Elmi Kitabxanasının direktoru Sahab Əliyeva və Əlyazmalar Fondunun kiçik elmi işçisi Kubra Vəliyeva mövzu ətrafında çıxış ediblər. Qeyd olunub ki, Məhəmmədhüseyn Şəhriyar dərin məzmunlu əsərlərində bəşəri-humanist qənaətlərini, ictimai varlıq, real və ideal aləm, insan taleyi, şəxsiyyət və zaman kimi fəlsəfi mahiyyət daşıyan problemləri təhlil edib, bədii sözün imkanları çərçivəsində məharətlə oxucuya çatdırıb.


Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasının müzakirəsi olub
Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasının müzakirəsi olub

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930