SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci nömrəsi nəşr edilib

“Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci nömrəsi nəşr edilib
14-05-2019, 23:13

Dövlət İmtahan Mərkəzi (DİM) orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2019-cu il 2-ci nömrəsini çap edib.

DİM-dən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan bu jurnalda orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanının qabiliyyət imtahanı mərhələsi və müsabiqənin keçirilməsi şərtləri, ixtisasların yaradıcılıq qabiliyyətinin yoxlanılması komissiyaları (YQYK) üzrə bölgüsü verilib. Həmçinin jurnalda kadr hazırlığı aparılan orta ixtisas təhsili müəssisələri haqqında məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, normativlər və digər faydalı məlumatlar əksini tapıb.

Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları 4 istiqamət üzrə qruplaşdırılıb:

1. Təsviri sənət;

2. Musiqi sənəti;

3. Teatr, kino və xoreoqrafiya sənəti;

4. Bədən tərbiyəsi və idman.

“Xüsusi qabiliyyət imtahanları” jurnalı, həmçinin bu sahələr üzrə tədris aparan orta ixtisas təhsili müəssisələri və professor-müəllim heyəti üçün böyük əhəmiyyəti olan bir nəşrdir. Yeni nəşr xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə mütəxəssislərin bu sahəyə yeni gələn abituriyentlərə bələdçi olmaları və bununla da orta ixtisas təhsili müəssisələrinə hazırlıqlı abituriyent axını yaratmaq üçün bir fürsətdir.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M; Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28; DİM-in Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Lənkəran, Bərdə, Şirvan, Göyçay, Xaçmaz şəhərlərində yerləşən regional bölmələri.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031