SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində “Kitab qoy, kitab götür” layihəsinin təbliğat kampaniyası keçirilİb

Naxçıvan Dövlət Universitetində “Kitab qoy, kitab götür” layihəsinin təbliğat kampaniyası keçirilİb
19-12-2018, 18:02

Bu gün Naxçıvan Dövlət Universitetində “Kitablar tozlanmasın” devizi altında “Kitab qoy, kitab götür” layihəsinin təbliğat kampaniyası keçirilİb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, əvvəlcə Naxçıvan Dövlət Universitetinin elmi katibi Məftun İsmayılov çıxış edərək tədbirin mahiyyəti haqqında məlumat verib. Sonra Gənclər və İdman Nazirliyi Aparatının Gənclərlə iş şöbəsinin aparıcı məsləhətçisi Valeh Mahmudov çıxış edərək muxtar respublikada həyata keçirilən gənclər siyasəti, həmçinin gənclərə göstərilən diqqət və qayğıdan, onlar üçün yaradılmış şərait haqqında, eyni zamanda keçirilən kampaniyanın mahiyyəti haqqında geniş məlumat verib. O, bildirmişdir ki, təbliğat kampaniyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş oxunması zəruri olan kitablar, həmçinin Azərbaycan və dünya bədii ədəbiyyatı nümunələrinin yer aldığı 100 bədii kitab gənclərin istifadəsinə verilib. Layihənin keçirilməsində məqsəd gənc nəsildə vətənpərvərlik, tarixə, milli köklərə bağlılığın formalaşdırılması, onların kənar təsirlərdən qorunması üçün dünyagörüşünün zənginləşdirilməsi, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hisslərinin, mütaliə vərdişlərinin aşılanması, intellektual səviyyələrinin yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkil olunmasıdı. Həmçinin qeyd olunmuşdur ki, “Kitablar tozlanmasın” devizi altında “Kitab qoy kitab götür” layihəsinə 20 iyul 2018-ci il tarixdən Naxçıvan şəhərində yerləşən “Zirvə” kitab evində start verilmiş və orada ayrılmış müəyyən bir guşədə, eyni zamanda Gənclər və İdman Nazirliyində layihə davam etməkdədir. Bu günədək layihədə 300 nəfər iştirak edib.
Layihə ilə bağlı gənclərə məlumat verildikdən sonra gənclər özləri ilə gətirdikləri kitabları yeni kitablarla dəyişdiriblər. Qeyd edək ki, təbliğat kampaniyası bundan sonra muxtar respublikanın rayon və şəhərlərində, eyni zamanda digər ali və orta ixtisas təhsili müəssisələrində həyata keçiriləcək. Layihənin şərtlərinə əsasən kitabları oxumaq istəyən hər kəs götürəcəyi kitabın məbləğinə uyğun kitab gətirərək yeni kitab götürə bilər. Gətirilən kitablar səliqəli, istifadəyə yararlı vəziyyətdə, həmçinin latın qrafikası ilə çap olunmuş əsərlər olmalıdır. “Kitablar tozlanmasın” devizi altında keçirilən layihədə yalnız bədii ədəbiyyata aid olan kitablardan istifadə olunmalıdır. Siyasi, elmi və digər tərzlərdə yazılan kitablardan layihədə istifadə edilməməlidi. Hər kəs öz kitabxanasında olan maraqlı kitablardan gənclərin də faydalanmasını istəsə layihəyə dəstək məqsədilə ayrılmış guşəyə kitab hədiyyə edə bilər.
Kampaniya Naxçıvan MR Gənclər və İdman Nazilriyinin, YAP Naxçıvan MR Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031