SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Bölməsində tələbələrlə görüş keçirilib

Naxçıvan Bölməsində tələbələrlə görüş keçirilib
14-05-2019, 16:36

AMEA Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında Naxçıvan Dövlət Universitetinin Fizika ixtisasının I kurs tələbələri ilə görüş keçirilib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə Rəsədxananın direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev tələbələrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Ali və orta ixtisas təhsil müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamını xatırladıb. Bildirib ki, hamiliyə götürülmüş tələbələrlə görüşlərdə əsas məqsəd gənclərin elmə marağının artırılması, onların bilik və bacarıq səviyyəsinin yüskəldilməsidir.
Qulu Həziyev tələbələrə rəhbərlik etdiyi qurumun ümumi fəaliyyəti barədə məlumat verərək bildirib ki, ümummilli lider Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli sərəncamına uyğun olaraq yaradılan Batabat Astrofizika Rəsədxanasının strukturuna Naxçıvan şəhərindəki inzibati bina, Şahbuz rayonu ərazisində yerləşən Batabat stansiyası və Ordubad rayonu ərazisindəki Ağdərə stansiyası daxildir. Rəsədxananın elmi-tədqiqat istiqaməti komet, ulduz və asteroidlərin öyrənilməsidir.
Diqqətə çatdırılıb ki, Batabat stansiyasının əlverişli coğrafi mövqedə yerləşməsi burada bütün göy cisimlərinin, o cümlədən planetlərin, kometaların, asteroidlərin, ulduzların və yaxın qalaktikaların müşahidə edilməsinə və tətbiqinə imkan verir.
Daha sonra rəsədxananın elmi işçisi Ruslan Məmmədovun hazırladığı planetlərin və ayın ümumi görünüşü videogörüntü vasitəsilə nümayiş etdirilib.
Sonda tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.



Naxçıvan Bölməsində tələbələrlə görüş keçirilib
Naxçıvan Bölməsində tələbələrlə görüş keçirilib

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031