SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dövlət İmtahan Mərkəzində 2021-ci ilin yekunları və 2022-ci ildəqarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib

Dövlət İmtahan Mərkəzində 2021-ci ilin yekunları və 2022-ci ildəqarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib
11-01-2022, 17:00

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin sədri İsmayıl Qəribli açaraq bildirib ki, 2021-ci il ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə Mərkəzin maddi-texniki bazası gücləndirilib, vətəndaşlara daha yaxşı xidmət imkanının yaradılması üçün müvafiq tədbirlər davam etdirilib. Mərkəzdə 2 yeni server avadanlığı və 37 yeni kompüter quraşdırılıb. 2 proqram təminatı yenidən işlənib, 2 proqram təminatı isə təkmilləşdirilib. Mərkəzin yeni istifadəyə verilmiş SSL sertifikatlı internet portalı elektron ödəniş sistemlərinə inteqrasiya edilməsinə imkan verib.

Qeyd olunub ki, 2021-ci il ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış beşinci sessiyasında Dövlət İmtahan Mərkəzinə verilmiş tapşırıqların icrası diqqətdə saxlanılıb və müxtəlif istiqamətlər üzrə imtahanların keçirilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət davam etdirilib. Bunun nəticəsində 2 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 4 qərarı dəyişdirilib, 1 dövlət orqanının 1 qərarı ləğv etdirilib və 1 dövlət orqanı tərəfindən 11 dövlət qulluqçusu barəsində qanuni qərar qəbul etdirilib.

Hesabat dövründə dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün 3 müsabiqə keçirilib, bu müsabiqələrdə 1827 namizəd iştirak edib, onlardan 878-i uğur qazanıb, - deyən İsmayıl Qəribli bildirib ki, imtahanlarda uğur qazanan 108 namizəd müxtəlif vəzifələrə təyin olunub. 16 namizəd isə ehtiyat kadrlar siyahısına daxil edilib. Eyni zamanda ehtiyat kadrlar siyahısından 6 namizəd işlə təmin olunub. Hazırda muxtar respublikanın dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının təqribən 41,7 faizi Dövlət İmtahan Mərkəzinin keçirdiyi müsabiqələrdə uğur qazanmış dövlət qulluqçularıdır.

Ümumilikdə, 2021-ci il ərzində müxtəlif istiqamətlər üzrə keçirilən 19 test imtahanında 9505 namizəd iştirak edib, onlardan 6065-i uğur qazanıb. Ötən il Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlar nəticəsində 499 nəfər müvafiq vəzifələrə təyin olunub.  

Dövlət İmtahan Mərkəzinin test bazasının yeni suallarla zənginləşdirilməsi və testlərin ekspertizası da diqqətdə saxlanılıb, test bankı təkmilləşdirilib, il ərzində müxtəlif istiqamətlər üzrə, ümumilikdə 17 573 sual test bankına işlənib, həmçinin musiqi müəllimlərinin işə qəbulu və sertifikatlaşdırma üçün  2026 sual ekspertiza edilib.

2021-ci il ərzində hazırlıq kurslarının təşkili davam etdirilib, hazırlıq kurslarında ümumilikdə  648 nəfər,  sınaq imtahanlarında isə 1909 nəfər iştirak edib.

İsmayıl Qəribli qeyd edib ki, muxtar respublikanın 53 dövlət orqanı ötən il üçün inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirib, ümumilikdə, 1664 nəfər dövlət qulluqçusunun xidməti fəaliyyəti qiymətləndirilib.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tapşırığına əsasən, Dövlət Qulluqçuları Reyestrinin aparılması üçün proqram təminatının hazırlanması dövlət orqanlarının mövcud kadr potensialından səmərəli istifadə edilməsini, dövlət qulluqçuları haqqında məlumatların toplanılması və təhlilini, habelə dövlət qulluğuna kadrların seçilməsi işinin daha sürətli və keyfiyyətli həyata keçirilməsini təmin edib. İl ərzində Dövlət Qulluqçuları Reyestrindəki 2407 dövlət qulluqçusunun məlumatları yenilənib və artırılıb. Həmçinin yeni yaradılan Naxçıvan Muxtar Respublikası Dövlət Orqanları İşçilərinin Reyestri ilə bağlı işlər aparılıb.

İmtahan Mərkəzinə hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi və Dövlət və ictimai münasibətlər ixtisaslarının tələbələrinə müxtəlif mövzularda 5 açıq dərs keçirildiyini deyən İsmayıl Qəribli qeyd edib ki, həmçinin ötən il Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində “Karyera günü” təşkil olunub. Mərkəzin əməkdaşları və könüllülərdən ibarət səyyar xidmət qrupu Şərur və Ordubad rayonlarında iki gün ərzində ümumilikdə 52 vətəndaşa səyyar xidmət göstərib.

Bildirilib ki, dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların dövlət qulluqçuları tərəfindən öyrənilməsi, dövlət qulluqçularının peşəkarlığının və xidməti fəaliyyətin keyfiyyətinin artırılması məqsədilə “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”, "Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” və Naxçıvan Muxtar Respublikası Dövlət Qulluqçularının Reyestri Proqramının təqdimatı ilə bağlı tədbir  və seminarlarda ümumilikdə 138 nəfər iştirak edib.

Sonra Mərkəzin İmtahanların təşkili və keçirilməsi şöbəsinin müdiri Samiq Salayev, İnformasiya texnologiyaları və proqram təminatı şöbəsinin müdiri Mahir Abbasov, Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Razi Məmmədov və Mühasibat uçotu və ümumi işlər şöbəsinin müdiri Kəramət Əliyev məruzə ətrafında çıxış ediblər. Çıxışlarda Dövlət İmtahan Mərkəzinin 2021-ci il ərzindəki fəaliyyəti, görülən işlər, keçirilən imtahanlar və tədbirlər barədə slaydlar vasitəsilə  məlumat verilib.

Tədbirin sonunda qarşıda duran vəzifələr müzakirə olunub və Dövlət İmtahan Mərkəzinin 2022-ci il üçün İş Planı təsdiq edilib.

 

 

Naxçıvan Muxtar Respublikası

Dövlət İmtahan Mərkəzinin

mətbuat xidməti

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31