SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində naxçıvanlı şair və yazıçılarla görüş olub-FOTO

Naxçıvan Dövlət Universitetində naxçıvanlı şair və yazıçılarla görüş olub-FOTO
19-12-2018, 10:45

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Naxçıvanda yaşayıb-yaradan şair və yazıçılarla görüş olub.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ədəbiyyat adamlarını salamlayıb, onları universitetdə görməkdən məmnunluq duyduğunu bildirib. Rektor muxtar respublikada elmi mühitin inkişafı üçün hərtərəfli şəraitdən bəhrələnən yazarlarla belə görüşlərin keçirilməsinin tələbələrin dünyagörüşündə əhəmiyyətli rol oynadığını vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar “Naxçıvan ədəbi mühiti” adlı çıxışında Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin tarixinə nəzər salaraq bildirib ki, birliyin indiyə kimi 30-a yaxın almanaxı dərc olunub. Bunların 16-sı son 11 ildə işıq üzü görüb. Vurğulanıb ki, Sovetlər Birliyi dönəmində Naxçıvan Yazıçılar Birliyinin cəmi 11-12 üzvü olduğu halda, indi Birlik üzvlərinin sayə 70-nəfərə çatıb. Bu da bir daha onu göstərir ki, indi ədəbiyyat adamlarına daha çox qayğı göstərilir, onların yazıb-yaratması üçün hər cür imkan və şərait yaradılır.
Tədbirdə Yazıçılar Birliyinin üzvlərindən İbrahim Yusifoğlu, Əbülfəz Ülvi, Həsənali Eyvazlı, Xanəli Kərimli, Şirməmməd Qulubəyli, Zeyqəm Vüqar, Muxtar Qasımzadə, Elxan Yurdoğlu öz şeirlərini bədii qiraət ediblər.
Tədbirdə Tarix-Filologiya fakültəsinin tələbələri özlərinin müəllifi olduğu şeirləri səsləndiriblər. Sonda xatirə şəkli çəkdirilib.



Naxçıvan Dövlət Universitetində naxçıvanlı şair və yazıçılarla görüş olub-FOTONaxçıvan Dövlət Universitetində naxçıvanlı şair və yazıçılarla görüş olub-FOTO
Naxçıvan Dövlət Universitetində naxçıvanlı şair və yazıçılarla görüş olub-FOTO

Seyfur Hacımuradov

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930