SON DƏQİQƏ

naxcivanxeberleri.com

Təhsil tələbə kreditlərinin faizləri açıqlanıb

Təhsil tələbə kreditlərinin faizləri açıqlanıb
25-11-2021, 12:42

Təhsil tələbə kreditlərinin faizləri açıqlanıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə təhsil tələbə kreditlərinə müraciətlərin başlanılması ilə bağlı brifinqdə təhsil nazirinin müavini İdris İsayev məlumat verib.

Onun sözlərinə görə, faizləri Təhsil Tələbə Krediti Fondunun Himayəçilik Şurası Təhsil Nazirliyi və Nazirlər Kabineti ilə razılaşdırılaraq müəyyən edib.

Sosial kreditlər 2 faizlə, standart kreditlər isə 6 faizlə veriləcək.

Sosial kreditlər sosial həssas qruplara veriləcək:

Ünvanlı sosial yardım alan, 3-cü qrup əlillik təyinatı olan, valideynləri ilə münasibətdə aşağıdakı şərtlərlə

Valideynləri işsiz olanlar,
1 və 2-ci dərəcə əlilliyi olanlar, işsiz kimi qeydiyyatda olanlar,
yaşa görə əmək pensiyası alanlar,
yaşa görə sosial müavinət alanlar

Bakalavriat üçün 300-700, magistratura üçün 50-100, subbakalavr üçün 110-300 bal aralığında olan şəxslər bundan yararlana biləcəklər.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031