SON DƏQİQƏ

naxcivanxeberleri.com

Növbəti ilin buraxılış və qəbul imtahanlarının cədvəli hazırdır - DİM sədri

Növbəti ilin buraxılış və qəbul imtahanlarının cədvəli hazırdır - DİM sədri
24-11-2021, 11:44

Növbəti il üçün buraxılış və qəbul imtahanlarının tarixləri ilə bağlı cədvəl artıq hazırdır.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, cədvəl Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edildikdən sonra ictimaiyyətə təqdim olunacaq.

M.Abbaszadə qeyd edib ki, gələn il üçün magistratura səviyyəsinə sənəd qəbuluna yanvar ayından başlanılması nəzərdə tutulur:

"Lakin cədvəl təsdiqlənmədiyindən hələlik dəqiq tarix deyə bilmirəm. Qaydalara əsasən, magistraturaya qəbul adətən bir mərhələdə həyata keçirilir. Ötən il isə namizədlərə iki cəhd imkanı verdik. Əgər sərt karantin tədbirləri olmasa çalışacağıq ki, bu tədris ilində də belə bir imkan yaradaq", - DİM sədri deyib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031