SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Naxçıvan Muxtar Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri” kitabının təqdimatı keçirilib

“Naxçıvan Muxtar Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri” kitabının təqdimatı keçirilib
6-05-2019, 16:47

AMEA Naxçıvan Bölməsində “Naxçıvan Muxtar Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri” kitabının təqdimatı olub.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev ümummilli lider Heydər Əliyevin Azərbaycan təbiətinə göstərdiyi xüsusi diqqət və qayğısından danışaraq bildirib ki, ulu öndər hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ekologiyanın qorunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirib. Bu tədbirlərdən Azərbaycanın tərkib hissəsi olan Naxçıvana da xeyli pay düşüb. Dahi öndərin təşəbbüsü ilə 1969-cu ildə muxtar respublikada ilk xüsusi mühafizə olunan təbiət ərazisi, Ordubad Dövlət Təbiət Yasaqlığı yaradılıb.
Vurğulanıb ki, ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ulu öndər bütün sahələrdə olduğu kimi, zəngin təbiətimizə göstərilən dövlət qayğısının artırılması məqsədi ilə 16 iyun 2003-cü il tarixində “Azərbaycan Respublikasının Şahbuz Dövlət Təbiət Qoruğunun və Ordubad Milli Parkının yaradılması haqqında” Sərəncam imzalayıb. Həmin sənədə əsasən xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi daha da artıb.
Bölmə sədri ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi üçün müxtəlif illərdə qəbul edilən qanun və qərarlardan, ölkəmizdə qoruq və yasaqların əhəmiyyətini vurğulayaraq qeyd edib ki, dahi liderin müdrik siyasətini davam etdirən Prezident cənab İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri cənab Vasif Talıbov təbiətə dövlət qayğısını daim diqqət mərkəzində saxlayır.
Təqdimat mərasimində bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov “Naxçıvanın təbiət ərazilərinin qiymətləndirilməsinin elmi əsaslarına dair sanballı əsər”, institutun şöbə müdiri, professor Əliyar İbrahimov “Naxçıvan Muxtar Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri” kitabı haqqında bir neçə söz” və laboratoriya rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sahib Hacıyev “Naxçıvan torpaqlarının öyrənilməsinə həsr olunan tədqiqat” mövzusunda məruzələrlə çıxış ediblər. Bildirilib ki, biomüxtəlifliyin mühafizəsi və bərpa edilməsində, təbii mühit unikallığının, nadir və nəsli kəsilmək təhlükəsi olan növlərin saxlanılmasında xüsusi mühafizə olunan təbiət ərazilərinin rolu olduqca böyükdür. Məruzəçilər Naxçıvan Muxtar Respublikanın coğrafi mövqeyi, təbiəti, flora və faunası, xüsusi mühafizə olunan təbiət əraziləri barədə məlumat verilərək son illərdə onların qorunması istiqamətində görülən məqsədyönlü tədbirlərdən də söz açıblar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2019-cu il üçün nəşr planına əsasən çap edilən “Naxçıvan Muxtar Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri” kitabın məziyyətlərindən də bəhs olunaraq bildirilib ki, vəsait muxtar respublikanın xüsusi mühafizə olunan təbiət ərazilərini əhatə edir. Diqqətə çatdırılıb ki, kitabda ümummilli lider Heydər Əliyevin “Azərbaycan Respublikasının Şahbuz Dövlət Təbiət Qoruğunun və Ordubad Milli Parkının yaradılması haqqında” və Prezident İlham Əliyevin “Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Ordubad Milli Parkı haqqında” Sərəncamları, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasının “Arazboyu” Dövlət Təbiət Yasaqlığının yaradılması haqqında” Sərəncamı və “Naxçıvan Muxtar Respublikasının “Arpaçay” Dövlət Təbiət Yasaqlığının yaradılması haqqında” Fərmanı yer alıb. Qeyd olunub ki, həmin park, qoruq və yasaqlıqların sahəsi, yerləşdiyi ərazi, “Qırımızı kitab”a daxil olan fauna və flora növlərinin fotoşəkilləri əks edilib.


“Naxçıvan Muxtar Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri” kitabının təqdimatı keçirilib
“Naxçıvan Muxtar Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri” kitabının təqdimatı keçirilib
“Naxçıvan Muxtar Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri” kitabının təqdimatı keçirilib

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031