SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıda “Azərbaycanın daxili və xarici təhlükəsizliyinin təminatında Heydər Əliyevin rolu” adlı konfrans keçirilib

Bakıda “Azərbaycanın daxili və xarici təhlükəsizliyinin təminatında Heydər Əliyevin rolu” adlı konfrans keçirilib
4-05-2019, 12:10

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin təşkilatçılığı ilə ulu öndərin 96-cı ildönümünə həsr olunan “Azərbaycanın daxili və xarici təhlükəsizliyinin təminatında Heydər Əliyevin rolu” adlı elmi-praktik konfrans keçirilib.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə Azərbaycan Ali Hərbi Məktəbinin zabit, professor və müəllim heyəti ilə yanaşı Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Silahlı Qüvvələrin Hərbi Akademiyasının nümayəndələri də iştirak ediblər.

Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib.

Konfrans iştirakçıları hərbi məktəbin muzeyi, İdeoloji mərkəzi, eləcə də təhsil müəssisəsində çap olunan tədris vəsaitlərinin sərgisi ilə tanış olublar.

Konfransda xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı məruzələr dinlənilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031