SON DƏQİQƏ

naxcivanxeberleri.com

Təhsil naziri Naxçıvana gəlib

Təhsil naziri Naxçıvana gəlib
27-10-2021, 16:53

Oktyabrın 27-də təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub, ulu öndərin əxatirəsi ehtiramla yad edilib.

Daha sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub, muzeyin ekspozisiyasına baxış keçirilib.

Səfər çərçivəsində Heydər Əliyev adına tam orta məktəbdə olan Emin Əmrullayev və nümayəndə heyəti sözügedən təhsil müəssisəsinin nəzdində yerləşən “STEAM Tədris Mərkəzi”ndə yaradılmış şəraitlə tanış olub, məktəbin laboratoriya kabinetlərinə baxış keçirib, eyni zamanda hərbi hazırlıq dərslərinin gedişatını izləyiblər.

Nümayəndə heyəti Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinə də baş çəkib, müxtəlif yaradıcılıq dərnəklərində məşğul olan şagirdlərin əl işləri ilə tanış olub.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031