SON DƏQİQƏ

naxcivanxeberleri.com

Hansı hallarda xarici diplomlar tanınmır? - AÇIQLAMA

Hansı hallarda xarici diplomlar tanınmır? - AÇIQLAMA
16-09-2021, 11:11

Bəzən hansısa ölkənin ali təhsil müəssisələrində təhsil almış şəxslərin diplomlarının tanınmaması ilə bağlı problem ortaya çıxır.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı təhsil nazirinin müavini Firudin Qurbanov deyib. O bildirib ki, nostrifikasiya prosesində bir neçə kriteriya var:

"Birinci növbədə xaricdə təhsil almış şəxsin sərhədi nə qədər keçdiyi yoxlanılır. Bəzən sorğuya cavab gəlir ki, cəmi 3 gün həmin ölkədə olub. Bu halda necə təhsil almaq olar?! Həmçinin hansı dildə təhsil alması, ixtisası üzrə suallar veriləndə, dili bilmədiyi, ixtisasına hakim olmadığı üzə çıxır. Ona görə də həmin şəxsin diplomu tanınmır. Əgər belə diplomlar tanınsa, ölkəmizin gələcəyi üçün problem yarana bilər".

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031