SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yeni tədris ilində 800-dən çox icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərəcək

Yeni tədris ilində 800-dən çox icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərəcək
13-09-2021, 16:11

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən icma əsaslı məktəbəqədər təhsil layihəsi çərçivəsində 2021-2022-ci tədris ilində 55 rayon (şəhər) üzrə 700 məktəbdə 850 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərəcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev məlumat verib.

O qeyd edib ki, layihə təqribən 15 000 nəfər 3-4 yaşlı uşağı əhatə edəcək: "776 tərbiyəçi-müəllimin işləyəcəyi layihə regionlarda yeni iş yerlərinin yaradılması, erkən yaş dövründə təhsilin inkişafı və əlçatanlığı, eləcə də valideynlərin sosiallaşması və icma mədəniyyətinin formalaşması baxımından xüsusi əhəmiyyət kəsb edir".

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930