SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Azərbaycan dilində arxaizmlər” mövzusunda “İnteraktiv açıq dərs” keçirilib

“Azərbaycan dilində arxaizmlər” mövzusunda “İnteraktiv açıq dərs” keçirilib
29-04-2019, 16:26

AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti “İnteraktiv açıq dərs” keçirilib.

AMEA-nin Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayevin apardığı açıq dərsdə “Azərbaycan dilində arxaizmlər” mövzusundan danışılıb. Alim bildirib ki, 8 min illik bir dövrü əhatə edən Azərbaycan dilinin leksikası uzun bir tarixi təkamül yolu keçib. Qeyd edib ki, arxaizmlər yazılı salnamələrdə, əcnəbi səyyahların kitablarında, bədii ədəbiyyatda, coğrafi adlarda, etnoqrafik məlumatlı arxiv sənədlərində və başqa bu kimi mənbələrdə müasir dövrə qədər gəlib çıxıb.
Firudin Rzayev dilin ifadə imkanlarına qədim şifahi və yazılı dastanlarımız olan “Kitabi-Dədə Qorqud”, “Oğuznamə”, “Yaradılış”, “Alp ər Tonqa” kimi tarixi mənbələrdə geniş rast gəldiyini söyləyib.
Şagirdlərin diqqətinə çatdırılıb ki, Azərbaycan dilindəki qədim dövrə aid arxaizmləri öyrənməklə dilimizin keçdiyi tarixi prosesləri, inkişaf mərhələlərini izləmək olar.
Açıq dərs ümumilikdə muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbində izlənilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930